Tarix : 2018 Dec 19
Kod 57233

Türkiyə, İran və Rusiya XİN başçıları Suriya məsələsini müzakirə edəcək

Dekabrın 18-də Cenevrədə (İsveçrə) Astana prosesinin iştirakçısı olan ölkələr - Türkiyə, İran və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu, Məhəmməd Cavad Zərif və Sergey Lavrov arasında görüş keçiriləcək.

Arannews-“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in Mətbuat və informasiya departamentindən bildirilib.Qeyd olunub ki, görüşdə Suriyadakı münaqişənin siyasi yolla həlli və Konstitusiya Məclisi yaratmaq məsələsi müzakirə olunacaq.

  • Yazılıb
  • da (də) 2018 Dec 19
  • Göndərən مدير سايت Aran News