Tarix : 2018 Dec 19
Kod 57234

Netanyahu İranı müharibə ilə hədələdi

İsrailin Baş naziri Benyamin Netanyahu növbəti dəfə İranı müharibə ilə hədələyib və deyib ki, İsrailin təhlükəsizliyi üçün lazım olduğu təqdirdə, İran sərhədində hərbi əməliyyat keçirə bilərlər.

Arannews-Həqiqət QHT (Truth NGO) -   Bu barədə açıqlamanı baş nazir ofisində keçirdiyi mətbuat konfransında səsləndirib. İsrailin İran sərhədləri içərisində hərəkət edə bilib-bilməyəcəyinə dair suala cavab olaraq baş nazir deyib ki, yəhudi dövlətini məhv etməyə çağıran İrana qarşı İsraili qorumaq üçün lazım olan hər şeyi edə bilərlər. Bundan başqa o, Suriyada İran qüvvələri ilə qarşıdurmada olduqlarını və zaman-zaman onları geri çəkilmək məcburiyyətində qoyurlar. Netanyahu iddia edib ki, İran bütün İsraili əhatə edən 400-700 km uçuş məsafəli orta mənzilli raketləri İsrail sərhədlərinə gətirməyə çalışır. Eyni zamanda İsraili məhv etmək məqsədi ilə 80 minlik şiə qüvvəsini sərhədə çatdırıb.



  • Yazılıb
  • da (də) 2018 Dec 19
  • Göndərən مدير سايت Aran News