ABŞ-ın Texas ştatının ümumtəhsil məktəblərinin birində müəllim işləyən müsəlman qadın İsrailə dəstək sənədini imzalamadığı üçün işdən qovulub.
Arannews- Felestin.info - ya istinadən xəbər verir ki, bu barədə "Intercept" internet qəzeti xəbər yayıb.Bildirilib ki, məktəb rəhbərliyi uşaqlara nitq təlimi üzrə mütəxəssis işləyən Bəhiya Əmavidən fələstinli fəalların İsrailə qarşı boykotunu nəzərdə tutan BDS hərəkatını dəstəkləməmək barədə zəmanət sənədini imzalamasını tələb edib. İşğalçı İsrail rejiminə qarşı boykot hərəkatını dəstəkləyən B.Əmavi sənədi imzalamaqdan imtina edib və cəza olaraq məktəbdəki işindən qovulub.Məktəb rəhbərliyinin bu addımına cavab olaraq Əmavi məhkəməyə müraciət edib. O, məktəb rəsmisinin onun sərbəst ifadə azadlığını pozaraq sənəd imzalamağa məcbur etdiyini bildirib.Bildirək ki, ABŞ-da son dövrlər Fələstinə azadlıq tələb edən fəallara qarşı təzyiqlər artıb. Bu yaxınlarda tanınmış yazıçı Mark Lemont Hill BMT iclasında İsrailin işğalçılıq siyasətini tənqid etdiyi üçün çalışdığı CNN telekanalından qovulub.