Tarix : 2018 Dec 21
Kod 57250

Bakı ətrafında yeni həbsxana şəhərciyi salınacaq

Bakı şəhərinin Umbakı qəsəbəsində yeni həbsxana, qadın və yetkinlik yaşına çatmayan şəxslər üçün penitensiar kompleks salınır.

Arannews-modern.az-a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda yer alıb.Sənəddə icraçı orqan qismində Ədliyyə Nazirliyi göstərilib.Belə ki, nazirliyə Bakı şəhərinin Umbakı qəsəbəsində yeni həbsxananın, qadın və yetkinlik yaşına çatmayan şəxslər üçün penitensiar kompleksin, Gəncə və Lənkəran şəhərlərində qarışıq tipli penitensiar komplekslərin tikintisinin başa çatdırılması və onların istifadəyə verilməsi ilə bağlı tədbirlərin görülməsi tapşırılıb.


  • Yazılıb
  • da (də) 2018 Dec 21
  • Göndərən مدير سايت Aran News