Tarix : 2018 Dec 22
Kod 57263

Bir qrup katolik xristian İmam Əlinin (ə) müqəddəs hərəmini ziyarət etdi

İslam tədqiqatları üzrə ixtisaslaşan bir qrup katolik keşiş tədqiqatçıları Nəcəfül-Əşrəf şəhərindəki İmam Əlinin (ə) müqəddəs hərəmini ziyarət etmək şərəfinə nail olub.
Arannews-Deyerler.org İmamali saytına istinadən xəbər verir ki, mütəhhər hərəmin İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşları katolik heyəti qonaqpərvərliklə qəbul ediblər və onlara müqəddəs ziyarətgahın tarixi və arxeoloji yerləri, eləcə də müqəddəs məbəd barədə ətraflı məlumatlar veriblər.Heyətin üzvləri Fransa, Braziliya, Dominikan, Misir və İraqdan gəlib. Onlar müqəddəs ziyarətgahda səmimi qarşılanma və səxavətli qonaqpərvərliklərə görə, minnətdarlığını bildiriblər.
  • Yazılıb
  • da (də) 2018 Dec 22
  • Göndərən مدير سايت Aran News