Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman (MBS) dövründə icra edilmiş edamlarla bağlı statistika açıqlanıb.
Arannews-Reprieve” insan haqları təşkilatı MBS dövründə S.Ərəbistanında 133 nəfərin edam edildiyini bildirib. Bu isə MBS-nin iqtidara gəldiyi 2017-ci ilin iyunundan əvvəlki dövrlə müqayisədə 66 faktın artması deməkdir.2014-cü ildən bəri edam edilənlərin ümumi sayı isə 700-ə çatıb. Onların 49 faizi əcnəbilərdir.Hesabatda qeyd olunub ki, 246 nəfər narkotik maddə ilə əlaqələri cinayətlərə görə edam ediliblər.Jurnalist Camal Qaşıqçının qətli ilə bağlı həbs edilən 54 nəfərin də edamının gözlənildiyi vurğulanıb.