Tarix : 2018 Dec 23
Kod 57273

Vəliəhd şahzadə dövründə edamlar artıb - Statistika

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd Bin Salman (MBS) dövründə icra edilmiş edamlarla bağlı statistika açıqlanıb.

Arannews-Reprieve” insan haqları təşkilatı MBS dövründə S.Ərəbistanında 133 nəfərin edam edildiyini bildirib. Bu isə MBS-nin iqtidara gəldiyi 2017-ci ilin iyunundan əvvəlki dövrlə müqayisədə 66 faktın artması deməkdir.2014-cü ildən bəri edam edilənlərin ümumi sayı isə 700-ə çatıb. Onların 49 faizi əcnəbilərdir.Hesabatda qeyd olunub ki, 246 nəfər narkotik maddə ilə əlaqələri cinayətlərə görə edam ediliblər.Jurnalist Camal Qaşıqçının qətli ilə bağlı həbs edilən 54 nəfərin də edamının gözlənildiyi vurğulanıb.

  • Yazılıb
  • da (də) 2018 Dec 23
  • Göndərən مدير سايت Aran News