Tarix : 2018 Dec 24
Kod 57275

Fələstin prezidenti ölkə parlamentini istefaya göndərdi

Fələstin prezidenti Mahmud Abbas Ramallada ölkə rəhbərləri ilə görüşündə bəyan edib ki, parlamenti istefaya göndərib.

َarannews-FaktXəbər bildirir ki, bu barədə TASS agentliyi məlumat yayıb.Prezidentin sözlərinə görə, belə qərar konstitusiya məhkəməsinin hökmünə əsasən qəbul edilib: "Biz qanunvericilik orqanının buraxılması və 6 ərzində yeni parlament seçkilərinin keçirilməsi haqqında bu məhkəmə qərarına riayət edəcəyik".Qeyd edək ki, Fələstin Qanunvericilik Şurası 2006-cı il 25 yanvar tarixində 4 illik müddətə seçilib. 2009-cu ilin dekabr ayında isə parlamentin mandatı Fələstinin azad edilməsinin təşkili üzrə Mərkəzi Şura tərəfindən yeni parlament seçkilərinin keçiriləcəyi tarixə qədər uzadılıb.

  • Yazılıb
  • da (də) 2018 Dec 24
  • Göndərən مدير سايت Aran News