Tarix : 2018 Dec 25
Kod 57287

İordaniya və Qətər arasında müştərək dəniz dəhlizi yaradılır

İordaniya və Qətər rəhbərlikləri ikitərəfli ticarət əlaqələrini inkişaf etdirmək məqsədilə ortaq dəniz dəhlizi yaratmaq üzərində razılığa gəlib.

İslamazeri.com xəbər verir ki, Qətərdə keçirilən beynəlxalq iclasda iştirak etmək üçün Dohaya gələn İordaniyanın sənaye naziri Tariq Həmuri qətərli həmkarı Əli bin Əhməd Kuvari ilə görüşüb.Görüşdə iki nazir ikitərəfli ticarət əlaqələrini inkişaf etdirmək məqsədilə ortaq dəniz dəhlizi yaratmaq üzərində razılığa gəlib.
Bundan əvvəl İordaniya və Qətər arasında ticarət Səudiyyə Ərəbistanı üzərindən quru sərhədindən gedirdi, lakin yarım il əvvəl Qətərin 4 ərəb ölkəsi tərəfindən mühasirəyə alınmasının ardınca bu qapı da bağlanmışdı.

İndi isə İordaniya və Qətər arasında bu müqavilə S. Ərəbistanı, Misir, BƏƏ və Bəhreynin Qətərə tətbiq etdikləri mühasirəyə qarşı baş verir.

  • Yazılıb
  • da (də) 2018 Dec 25
  • Göndərən مدير سايت Aran News