Tarix : 2018 Dec 28
Kod 57315

Yəmən PUA-ları Səudiyyə koalisiyasının komandanlıq mərkəzini vurdu

Yəmən ordusu və inqilabi xalq komitələrinin qüvvələrinin pilotsuz uçuş aparatlarının (PUA) birlikləri Səudiyyə rejiminin rəhbərlik etdiyi koalisiya qüvvələrinin Yəmənin Cəuf əyalətindəki komandanlıq mərkəzini hədəfə alaraq, bombardman ediblər.Əl-Məsirə

Arannews-Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii Yəmənin Hərbi Hava Qüvvələrinin işğalçı koalisiyanın Cəuf əyalətindəki Suveyka düşəgəsindəki muzdlu qüvvələrini yeni əməliyyata hazırlaşdıqları vaxt hədəfə aldığını qeyd edib. General-mayor Yəhya Sərii bu əməliyyatda düşmənin onlarla muzdlu qüvvəsinin öldürüldüyünü və yaralandığını qeyd edərək, bunun düşmənlər arasında vahimə və qorxu yaratdığını bildirib.

  • Yazılıb
  • da (də) 2018 Dec 28
  • Göndərən مدير سايت Aran News