Tarix : 2018 Dec 29
Kod 57319

Ekspert: İran həmişə Qarabağ əhalisinin yanında olmuşdur-Foto

Doktor Məhəmmədrza Kəffaş deyib: “İran Qarabağ müharibəsində onun əhalisinin yanında olduğu kimi bundan sonra da Qarabağın Azərbaycan Respublikasına qayıtmasında öz maddi və mənəvi dəstəklərini əsirgəməyəcək.”

Arannews-Ərdəbildə “Qarabağ münaqişəsi və onun həlli perespektivində İranın yeri” elmi konfrans keçirilib. Konfransın natiqlərindən biri də Qafqaz məsələləri üzrə ekspert doktor Məhəmmədrza Kəffaş olub. Ekspert deyib: “Qarabağ mövzusu İran İslam Respublikasının milli maraqları sırasındadır. Ona görə də İran bu məsələyə daxil olmaq və Qarabağ müsəlmanlarını müdafiə etmək üçün əlindən gələni edir.”Doktor Kəffaş əlavə edib: “Azərbaycan və Ermənistan arasında müharibə şiddətləndiyi illərdə hər iki ölkə tərəfindən yüksək səviyyəli iki heyət Tehrana səfər etdi. Bir sıra müzakirələrdən sonra anlaşmalar əldə olundu. Amma bu heyətlər öz ölkələrinə döndükdən sonra bəzi xarici dövlətlərin təhriki ilə ermənilər Şuşa şəhərini işğal etdilər. Beləliklə, müzakirələr uğursuz qaldı.Bundan sonra regionda öz xüsusi məqsədləri ardınca olan böyük güclər Minsk qrupu adlı bir qrup təşkil edərək Qarabağla bağlı müzakirələrə başladılar. Amerika, Fransa və Rusiya olmaqla üç xristian ölkəsinin rəhbərlik etdiyi qrup 25 il müddətində heç bir nəticə əldə edə bilməmişdir.”Ermənistan ordusunun Zəngilanın günahsız əhalisinə və onları mühasirəyə almasına işarə edən ekspert deyib: “O vaxt İran fövqəladə bir qərarla Xudafərin su anbarının çıxışının suyunu azaltdı və əhalinin Araz çayından keçərək İrana daxil olması üçün şərait yaratdı ki, Xocalı faciəsi kimi yeni bir faciə yaşanmasın.”Doktor Cavad Heyətin xatirə kitabından Qarabağ müharibəsi ilə bağlı bəzi məqamlara toxunan doktor Kəffaş deyib: “O, öz xatirə kitabında yazır ki, müharibə zamanı qardaşım mənimlə telefon əlaqəsi yaradaraq Qarabağ müharibəsi yaralılarının İran xəstəxanalarında müalicə olunması üçün İran dövlət məsulları ilə danışıqlar aparmağımızı istədi. Bizim danışıqlar aparmağımızdan sonra Tehranın bir neçə xəstəxanası Qarabağ müharibəsində yaralanan hərbi və dinc sakinləri təmənnasız qəbul etdilər.”Qafqaz məsələləri üzrə ekspert çıxışının digər hissəsində Qarabağ münaqişəsi ilə bağlı deyib: “İnqilabın Böyük Rəhbəri 1993-cü ildə Təbrizə səfərində bu şəhərin əhalisi qarşısında çıxışında buyurdu: “Qarabağ məntəqəsində Ermənistan dövləti və ermənilər bu məntəqə müsəlmanlarına zülm edir. Ermənilərin Ermənistan dövlətinin himayəsi ilə Qarabağda etdikləri bu hərəkəti pisləyirik.”Doktor Kəffaş İranın müxtəlif şəhərlərində də imam cümələrin Qarabağ münaqişəsinə toxunaraq Qarabağ müsəlmanlarına dəstək vermələrini İranın mövqeini göstərdiyini deyib.Ekspert çıxışının sonunda Qarabağ müharibəsində İranın bir sıra addımlarını izah edərək deyib: “Ermənistan ordusu Qarabağa hücum etdikdə İran Azərbaycan Respublikasının müsəlman xalqının yanında dayandı, hərbi məşvərətçilər göndərmək, hərbi təlimlər keçmək, silah-sursat verməklə öz din qardaşlarına yardım etdi.İran bundan əvvəl Azərbaycanın müsəlman xalqının yanında olduğu kimi, bundan sonra da öz dəstəyini davam etdirəcək.”

     

 


  • Yazılıb
  • da (də) 2018 Dec 29
  • Göndərən مدير سايت Aran News