Arannews-Russia Today”-ə istinadən verdiyi xəbərə əsasən, HƏMAS lideri İsmayıl Haniyə yanvar ayının 15-i Moskvaya səfər edəcək. Bu haqda Rusiya xarici işlər nazirinin müavini Mixayıl Boqdanov bəyan edib.“Yanvarın 15-nə görüşlər və söhbətlərimiz planlaşdırılıb.”, - deyə Boqdanov qeyd edib.Onun sözlərinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlar nəzərdə tutulub.Tərəflər Yaxın Şərqdəki vəziyyəti, Fələstin-İsrail münaqişəsinin həlli prosesini, Fələstinin işğal edilmiş ərazilərindəki vəziyyəti, məxsusən də Qəzza sektorundakı vəziyyəti müzakirə etmək niyyətindədirlər.Xatırladaq ki, daha öncə Rusiya XİN rəsmisi Mariya Zaxarova bəyan etmişdi ki, rəsmi Moskva Fələstin-İsrail münaqişəsinin şiddətləşməsinə görə ciddi şəkildə narahatdır.