Tarix : 2018 Dec 29
Kod 57324

İraq Hizbullah Briqadaları: ABŞ əsgərlərini çıxmağa məcbur edərik

İraq Hizbullah Briqadaları mətbuat katibi Cəfər Hüseyni İslami müqavimətin ABŞ-ın İraqdakı qüvvələrini bu ölkədən çıxmağa məcbur edəcəyini bildirib.

Arannews-İslamazeri.com xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Eynül-Əsəd hava bazasında çıxış edərkən, Suriyaya qarşı hər hansı bir hərbi əməliyyat lazım olduğu təqdirdə bunu İraqdakı Amerika hərbi bazalarından istifadə edərək edəcəklərini və İraqdakı amerikan əsgərlərini bu ölkədən geri çəkməyəcəyini bəyan etməsi, iraqlı qüvvələrin reaksiyası ilə qarşılaşıb.Trampın bu sözlərinə reaksiya göstərən Cəfər Hüseyni İslami müqavimətin ABŞ-ın İraqdakı qüvvələrini bu ölkədən çıxmağa məcbur edəcəyini bildirib.Hüseyni amerikalı hərbçilərin İraqdan çıxarılmasını istəmək qərarının İraq xalqı və parlamentinin iradəsinə bağlı olduğunu sözlərinə əlavə edib.

  • Yazılıb
  • da (də) 2018 Dec 29
  • Göndərən مدير سايت Aran News