Tarix : 2018 Dec 31
Kod 57336

9 dey , Bəsirət və ümmətin vilayətə beyəti təzələmə günü

İran xalqının Vilayət və İmamət prinsiplərinə sadiq qalaraq İslam hökuməti düşmənlərinin fitnəsini boğduğu günün ildönümündə , ölkənin hər yerində toplantı və müxtəlif mərasimlər keçirilib .

Arannews-9 dey ,30 dekabr İran xalqının Hüseyn Aşurasına hörmətsizlik edən ünsürlərə və ölkəni iğtişaşa sürükləyənlərə nifrət göstərdiyi gündür . 2009-da Aşura günü İslam müqəddəslərinə qarşı hörmətsizliyin ardınca , müsəlman xalq ayağa qalxaraq izdihamlı yürüşlərdə iğtişaşçıların cəzalandırılmasını tələb etdi .

Tehranda keçirilən milyonluq nümayişdə də , əhali Vilayəti-Fəqih və Həzrət Ayətullah əl-Üzma Xameneinin başçılıq etdiyi İslam R . dövlətinə dəstək nümayiş etdirdi .Başqa sözlə , bütün İran 9 dey tarixində vilayət-sevər xalqın öz rəhbərinə sədaqət nümayiş etdirməsi səhnəsinə çevrildi və « fitnəkarlara ar olsun» şüarı bütün məmləkəti bürüdü .Hazırda isə bəsirətli xalq yendin Aşura övladlarının qüdrətini nümayiş etdirir .

Qədirbilən xalqın bu tarixi qəhrəmanlıqda iştirakı bir daha dünyaya göstərdi ki , düşmənlərin İran –İslam R-da xalqla müqəddəs quruluş arasında təfriqə salmaq cəhdləri fiaskoya uğrayıb .9 dey ,30 dekabr « bəsirət və ümmətin vilayətə beyəti günü » kimi İranın şanlı tarixinə keçib . Bəsirətli xalq bu gün İslam quruluşuna və onun özülünü təşkil edən Vilayəti-Fəqih sisteminə güclü dəstək nümayiş etdirərək düşmənləri məyus etdi , fitnəni söndürdü. İslam İnqilabının Böyük Rəhbəri  9 dey qəhrəmanlığı münasibətilə xalqın fəallığını onun ayıq – sayıqlığının əlaməti sayaraq buyurublar : İran xalqının düşmənləri və xalqla İslam hökuməti arasında təfriqə salmaq istəyənlər bilməlidirlər ki , 9 dey qəhrəmanlığı günündə İslam quruluşunun xalqa aid olduğu və bu quruluşun xalq tərəfindən möhkəm qurunduğu sübut edildi .İran xalqı İslam İnqilabından sonrakı bütün illərdə özünün fəal iştirakı ilə düşmənlərin bütün intriqalarını boşa çıxarıb və ötən ilki fitnə onlardan yalnız biri idi ki , İslam İnqilabı Rəhbərinin müdrikliyi və xalqın oyaqlığı ilə dəf edildi .Şübhəsiz düşmənlər heç zaman bu böyük xalqla düşmənçiliyə son qoymayacaqlar . Buna baxmayaraq İslam hökuməti xalqın gücünə arxalanaraq ali İslam məqsədləri və parlaq gələcək naminə addımlayır.

  • Yazılıb
  • da (də) 2018 Dec 31
  • Göndərən مدير سايت Aran News