Tarix : 2018 Dec 31
Kod 57337

Ayətullah Amoli-Laricani Məsləhət Şurasının sədri oldu

İslam İnqilabının Böyük Rəhbəri bir hökmdə Ayətullah Amoli-Laricanini quruluşun Məsləhət Şurasının sədri və Negəhban Şurasının fəqih üzvü təyin ediblər.

Arannews-İslam İnqilabının Böyük Rəhbərinin hökmündə deyilir: İran quruluşunun Məsləhət Şurasının müqəddəs İran İslam Respublikası quruluşunun idarəsi, gücləndirilməsi və möhkəmləndirilməsindəki misilsiz roluna, mücahid din alimi Ayətullah Haşemi-Şahrudi(r.ə)-in vəfatına və şuranın strukturunun tez bir zamanda qaydaya salınması zərurətinə görə, sizi həmin mühüm və təsirli şuranın sədri, eləcə də möhtərəm Negəhban Şurasının fəqih üzvü təyin edirəm.Şura bu dövrdə onun strukturu və mahiyyətində dəyişikliklər üzrə mühüm və əsaslı məsuliyyəti də daşıyır ki, sizin Negəhban Şurasındakı görkəmli və dəyərli keçmişinizə, eləcə də məhkəmə hakimiyyətinə sədaqətli, alimanə və çoxsəyli müdiriyyətinizə əsasən, ümid edilir ki, bu dövrdə tapşırılan məsuliyyətlər tam möhkəmliklə və ən yaxşı tərzdə həyata keçiriləcəkdir.

  • Yazılıb
  • da (də) 2018 Dec 31
  • Göndərən مدير سايت Aran News