Tarix : 2019 Jan 01
Kod 57348

Fələstin xalqı mütləq qələbə qazanacaq

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad əl-Nəxalənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Arannews-Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, Fələstin xalqının mütləq qələbə qazanacağını vurğulayan Ayətullah Xamenei bildirib ki, bu çox da uzaqda deyil, yaxın gələcəkdə baş verəcək. İranın Fələstini öz haqq mübarizəsində heç vaxt tək qoymayacağını bildirən Ayətullah Xamenei qələbənin şərtininin yalnız müqavimət olduğunu diqqətə çatdırıb.Ayətullah Xamenei deyib ki, əgər müqavimət göstərsəniz qalib olacaqsız. Yox əgər müqavimət göstərməsəniz, məğlubiyyətdən yaxa qurtara bilməyəcəksiniz.“Fələstin xalqının son illərdə əldə etdiyi qələbəsi, Ərəb ölkələrinin qalib gələ bilmədiyi sionist rejim ordusunu məğlub edə bilib. Bu qələbə Fələstin xalqı və müqavimət qüvvələrinin yardımı ilə baş verib. Allahın izni ilə daha böyük qələbələr qarşıdadır”. Ayətullah Xamenei həmçinin 23 il hərəkatın lideri olmuş və səhhətilə əlaqədar bu il sentyabr ayında vəzifəsindən istefa vermiş Ramazan Abdullah Şalahın tezliklə şəfa tapmasını arzu edib.


  • Yazılıb
  • da (də) 2019 Jan 01
  • Göndərən مدير سايت Aran News