Tarix : 2019 Jan 03
Kod 57363

Almaniya parlamenti: Türkiyənin Suriyadakı hərbi varlığı işğalçılıqdır

Almaniya parlamentindəki komissiya TSQ-nın Suriyaya olabiləcək müdaxiləsini işğalçılıq kimi xarakterizə edib.

Arannews-İsrailin "Jerusalem Post" qəzeti Almaniya parlamentindəki bir komissiyanın Türkiyə Ordusunun (TSQ) Suriyaya mümkün müdaxiləsini işğalçılıq olaraq xarakterizə etdiyini yazıb.İslamazeri.com xəbər verir ki, Almaniya parlamentindəki komissiya TSQ-nin Suriyaya olabiləcək müdaxiləsini işğalçılıq kimi xarakterizə edib.Xəbəri yayımlayan "Jerusalem Post" qəzeti Almaniya parlamentinə görə TSQ-nin Suriyanın şimalına hücum etməsinin işğalçılıq sayıldığını, üstəlik Türkiyə rəhbərliyinin bu əməliyyatın təhlükəsizlik hədəfləri haqqında məlumat vermə tələblərinə də cavab vermədiyini yazıb.Xəbərdə TSQ-nin Afrin, Azəz, əl-Bab və Cərablusdakı varlığının da beynəlxalq qanunlara görə hərbi işğal sayıldığı ifadə edilib.

  • Yazılıb
  • da (də) 2019 Jan 03
  • Göndərən مدير سايت Aran News