Yəmən ordusu və inqilabi xalq komitələrinin raket birliyi Cizan əyalətində Səudiyyə rejiminin ordusuna məxsus bir pilotsuz uçuş aparatını (PUA) vuraraq, yerə salıblar.Əl-Məsirə
Arannews-Yəmən Silahlı Qüvvələrinin sözçüsü general-mayor Yəhya Sərii təşkil etdiyi mətbuat konfransında 2018-ci ildə əldə etdikləri qələbələr və mühüm nəaliyyətlərindən danışıb. Sözçü Yəmən ordusu və inqilabi xalq komitələrinin 2018-ci ildə düşmənə aid 42 döyüş təyyarəsi və PUA-sını vurduğunu bildirib. Sərii 2018-ci ildə həmçinin 38 hava əməliyyatı təşkil etdiklərini və 100 raket əməliyyatı reallaşdıraraq, 131 ballistik raket atdıqlarını bildirib. Yəmən Silahlı Qüvvələrinin sözçüsü Səudiyyə rejimi və rəhbərlik etdiyi koalisiyanın hücumlarını davam etdirəcəyi təqdirdə, yeni raketləri işə salacaqları barədə xəbərdarlıq edib. Bu arada, YəməninƏl-Bəyda vilayətindəki Kaniyə cəbhəsində baş vermiş partlayış nəticəsində xeyli sayda səudiyyəli əsgərin öldüyü və yaralandığı bildirilib. Yəmən mediası ölənlər arasında bəzi səudiyyəli komandirlərin də olduğunu bildirib.