Arannews-Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə 3 ölkənin - ABŞ, İsrail və Hondurasın dünən verdiykləri birgə açıqlamada qeyd olunub.Honduras səfirlik açma barəsində yaxın zamanlarda ABŞ və İsraillə müzakirələrə başlayacaq.Qeyd edək ki, Trampın qərarı ilə ABŞ- Qüdsü İsrailin paytaxtı kimi tanıdıqdan sonra bir sıra ölkələr buna sərt reaksiya versələr də, Qvatemala və Honduras bu qərarı dəstəkləmişdi.Xatırladaq ki, Qvatemala bir müddət öncə öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürəcəyini elan etmişdi.