Tarix : 2019 Jan 07
Kod 57389

Təbriz-Azəri Radiosu əməkdaşlarının fəaliyyətləri təmcid olunub

İran İslam Respublikasının banisi İmam Xomeynin(rh) Sovet İttifaqının sonuncu rəhbəri Mixayi Qarbaçova tarixi məktubunun yazılmasını ildönümü günündöə İRİB xarici verilişlər redaksiyasının Təbriz-Azəri Radiosu əməkdaşlarının fəaliyyətləri təmcid edildi.

Arannews-İRİB sərhədlər aşırı verilişləri müavinliyi ctimai əlaqələr idarəsinin məlumatına görə tədbirdə İranın Şərqi Azərbaycan ostanının tele-radio təşkilatının baş müdiri Murtəza Səfəri etdiyi çıxışında regional bağların güclənməsi üzrə sərhədaşırı tele-radio şəbəkələrinin mühum rolunu vurğulayaraq İnqilab müraciətinin yayılması və həqiqi İslam və İran simasını göstərməkdə Təbriz-Azəri Radiosunun fonksiyasını uğurlu bildirdi.Şərqi Azərbaycan ostanının tele-radio təşkilatının baş müdiri keçmiş sovetlər dövlətindən müstəqil olan respublikalarda dini məarif və məlumat baxımından boşluqlaraın olmasına diqqət yetiməklə bu respublikalarda İslam məarifinin yayılması və tərvicinin vacibliyini vurğulayarq bu sahədə Təbriz-Azəri rdiosunun müffəq olduğunu qeyd etdi.Murtəza Səfəri İranla Azərbaycan Respublikasının arasında mədəni və ədəbi ortaqlıqların mövcud olması bu redaksiya əməkdaşlarına dəyərli verilişlər hazırlamaqda yardım etmişdir.Bu mərasimdə Təbriz-Azəri Radiosu əməkdaşlarından bir iddəsinin uzun illər boyu əmək vermələri təmcid olundu.Mərasimdə İRİB-nin Mərkəzi Asiya,Qafqaz və Yaxın Şərqin şimal bölgəsi  üzrə radiolarının baş müdiri Burhan Heşmətinin mərasimə göndərdiyi müraciəti qiraət olundu. B.Heşməti həmin müraciətdə Təbriz-Azəri Radiosu əməkdaşlarının öz vəzifələrini yerinə yetirməkdə çalışmaları və nailiyyətləri təqdir olunmuşdur.Tədbirdə İranın Şərqi Azərbaycan ostanının tele-radio təşkilatının baş müdirinin canişin Əli İsazadə və Təbriz-Azəri Radiosunun əməkdaşları iştirak etmişdilər.   

  • Yazılıb
  • da (də) 2019 Jan 07
  • Göndərən مدير سايت Aran News