Tarix : 2019 Jan 07
Kod 57390

İran və Rusiya Xəzər dənizində birgə hərbi təlimlər keçirəcək

İran və Rusiyanın Hərbi Dəniz Qüvvələri Xəzər dənizində birgə təlimlər keçirməyi planlaşdırır.

Arannews- trend- ə istinadən xəbər verir ki, bunu İran HDQ-in komandanı, kontr-admiral Hüseyn Hənzadi deyib.Onun sözlərinə görə, təlimlər Xəzərdə ölkələr arasında strateji və taktiki əməkdaşlığın səviyyəsinin yüksəldilməsinə xidmət edəcək.Hənzadi təlimləri keçiriləcəyi tarixi açıqlamayıb, lakin qeyd edib ki, onlar "yaxın gələcəkdə" keçiriləcək.

  • Yazılıb
  • da (də) 2019 Jan 07
  • Göndərən مدير سايت Aran News