Tarix : 2019 Jan 07
Kod 57392

Müsavat Partiyası mitinqə qərar verdi

Müsavat Partiyası yanvarın 12-də, saat 15.00-da "Mehman Hüseynova və bütün siyasi məhbuslara azadlıq" şüarı ilə mitinq keçirmək barədə qərar qəbul edib.

Arannews-Bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı Meydan TV-yə danışıb.A.Hacılı partiya Divanının bu barədə qərar qəbul etdiyini və bazar ertəsi Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəklərini söyləyib.Amma Müsavat başqanı mitinqin harda keçiriləcəyi barədə danışmaq istəməyib:“Müraciətdə bu məsələ qeyd ediləcək”.Mehman Hüseynov 11 gündür aclıq aksiyası keçirir. Buna səbəb haqqında başlanmış yeni cinayət işidir. Penitensiar Xidmətin mətbuat xidmətinin yaydığı məlumata əsasən, dekabrın 26-da 14 saylı Cəzaçəkmə Müəssisəsində insident yaşanıb.Məlumata görə, bloger müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Əli Ələddin oğlu Abdalovun qanuni tələblərinə tabe olmayaraq, ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib. Xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb.Məlumatda bildirilir ki, Mehman Hüseynovun üzərində axtarış aparılan zaman saxlanılması qadağan olan 461 manat məbləğində pul aşkar edilərək götürülüb.Faktla bağlı Cinayət Məcəlləsinin 317.2-ci maddəsi (Cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanasının əməkdaşına qarşı həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) ilə cinayət işi başlandığı bildirilir. Bu maddə 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.Mehman Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin qərarı ilə 2 il azadlıqdan məhrum edilib.Bloger Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayevin şikayəti əsasında həbs edilib. O, bu ilin martında azadlığa buraxılmalı idi.

  • Yazılıb
  • da (də) 2019 Jan 07
  • Göndərən مدير سايت Aran News