Xəbər Lenti

Müsəlman krallıqdan Fələstinə dəstək: İsrailə qadağa

Ərdəbildə “19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları Günü” münasibətilə tədbir keçirilib- Foto

Əsas səhifə Bakıda ''Qarabağın azadlığına gedən yol şəhidlikdən keçir'' adlı tədbir keçirilib

“Bu oyun ABŞ-ın əli ilə sonlanmayacaq” – İranlı deputat

Müsavat və ReAL partiyaları mitinqə dəstək verəcək (yenilənib

Tale Bağırzadə xalqı mitinqə çağırdı

İlqar Məmmədov yenidən həbs edilə biləcəyini deyir

XİN: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir

MN: Ermənistan atəşkəs rejimini 26 dəfə pozub

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

Yəmənlilər Səudiyyənin bazasını raketlə vurub

İranın sərhəd komandanı: Sərhədçilər sərhədlərdəki sabitlik və təhlükəsizliyin başlıca amilidirlər

Həbsdəki daha iki fəalın aclığa başladığı bildirilir

Ötən gün ərzində 107 cinayət faktı qeydə alınıb

''Aclıq aksiyasını dayandırmasanız içəri qoşun yeridəcəyik''

Ərdoğan: Biz Trampla Suriya ilə bağlı tarixi əhəmiyyətli anlaşma əldə etdik

İslam rəhbəri sazişə gedən olmalıdır – Rəhbərin xüsusiyyətlərindən

Hizbullah: “İsrail rejiminin başladacağı istənilən müharibəyə hazırıq”

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib

İİR Silahlı Qüvvələrinin Baş Qərargah rəisi sabah Azərbaycan Respublikasına səfər edəcək

Azərbaycanlı keçmiş hərbçinin Suriyadakı terror əməlləri: “Əbu Cihad” kimdir

Bu gün Parisdə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

İsrail fələstinli uşaqları 3 ildə 16 milyon dollar cərimələyib

Mehman Hüseynova dəstək üçün keçiriləcək mitinqə icazə verildi

Ötən il Ermənistanın 63 hərbçisi ölüb, onlardan 11-i intihar edib

Anası: "Abbas Hüseynova yeni cinayət işi açılıb"

Azərbaycan, İran və Türkiyə birgə seriallar çəkəcək

Novxanıda Məhəmməd Əmin Rəsulzadənin barelyefi oğurlandı - Foto

Vəkil: Ombudsman Aparatının müdaxiləsindən sonra müvəkkilimlə görüşə buraxıldım

İranın parlament heyəti Bəşşar Əsəd ilə görüşdü

'Tale Bağırzadə dedi ki, Abbas Hüseynovu al qanın içində apardılar'

BŞİH Milli Şuranın mitinqinə icazə verdi

Zakir Həsənov iranlı həmkarına başsağlığı verib

Doktor Mütəfəkkirazad: İran, Türkiyə və Pakistan üç güclü müsəlman ölkəsi kimi Qarabağ münaqişəsinin həllində birləşməlidir

Zəif: Heç kim Tehran-Bağdad əlaqələrin müdaxilə haqqına malik deyil

Qarabağ müharibəsi ravisi: Qarabağ müharibəsində İran Qarabağın azad olunması üçün bir neçə dəfə plan təqdim etdi

Muxtar Sədrməhəmmədi: Qarabağ müharibəsində Azərbaycana verdiyimiz dəstəyi azadcasına danışmağı arzu edirik

Siyasi mühacirlər aclıq aksiyası keçirəcək

Siyasi məhbus kimi tanınan fəallar aclıq aksiyasına başlayır

Arxiv
 
Tarix : 2019 yan 07     |     Kod : 57393

İran Qarabağ müharibəsində Azərbaycan ordusuna xüsusi köməkliklər edib - Ayətullah Amili

Ərdəbil imam cüməsi Qarabağ müharibəsində İranın Azərbaycan Respublikası xalqına yardımlarına toxunaraq deyib: “İran İslam Respublikası Qarabağ müharibəsində xüsusi şəkildə Azərbaycan ordusu və dövlətinin yanında olmuşdur.”

Arannews-Həqiqət QHT (Truth NGO)-  Ərdəbil imam cüməsi Ayətullah Seyid Həsən Amili bu həftəki cümə namazı xütbələrinin bir hissəsində Qarabağ müharibəsində İranın Azərbaycana yardımlarına toxunaraq deyib: “Sabah yanvarın beşidir. 1994-cü il yanvar ayının 5 və 6-da İran Azərbaycan ordusuna fövqəladə kömək etdi və bu kömək nəticəsində Azərbaycan ordusu Horadiz şəhərini və onun ətrafında 25 kəndi azad edə bildi və 25 km irəlilədi. Horadiz Azərbaycanın ən gözəl şəhərlərindən biri olaraq Araz çayı sahilində və Parsabadla sərhəddə yerləşir.”"Qafqaz Mədəniyyət Mərkəzi"nin verdiyi xəbərə görə, Ayətullah Amili əlavə edib: “Qarabağ müharibəsində qəsbkar və işğalçı Ermənistan dövləti Qarabağın ermənilər yaşayan bölgələrindən əlavə, Şuşa, Laçın, Füzuli, Qubadlı, Zəngilan, Cəbrail və digər rayonları da işğal etdi, bir milyondan çox azərbaycanlı öz yurdlarından köçkün düşdü. Onların çoxu İrana tərəf axışdı.”İmam cümə vurğulayıb: “Bu şəhərlər arasında Horadiz şəhəri işğalçı Ermənistan ordusunun əsas hədəflərindən sayılırdı. Çünki bu şəhər çox strateji bir mövqeə malikdir və onun işğal edilməsi ilə Mil-Muğan Su Anbarı onların əlinə düşürdü. Beləliklə, Ermənistan Azərbaycanın bu su anbarının böyük bir hissəsinə sahiblik edirdi və Azərbaycan da aşağı bölgələrdə ağır böhranla üzləşirdi.Digər tərəfdən Horadizin işğal edilməsi ilə Aslanduz-Horadiz beynəlxalq gömrük məntəqəsi Ermənistanın əlinə düşürdü, beləliklə çox mühüm iqtisadi və siyasi üstünlüklər əldə edirdi. Bu, Azərbaycan üçün böyük bir zərbə idi və Ermənistan gələcəksə bu ərazidən geri çəkilmək müqabilində Azərbaycandan böyük imtiyazlar ala bilərdi.Həmin məqsədlə Ermənistan ordusu Horadizə tərəf hərəkətə keçdi. Çox asanlıqla Azərbaycanın tamamilə zəifləmiş ordusunu geri oturtdu və Horadizi işğal etdi, Mil-Muğan Su Anbarında yerləşdi.”Ayətullah Amili daha sonra deyib: “İran burada tamaşa edə və işğalçı ordunun öz sərhədinin ən həssas yerində görə bilməzdi. Ona görə də İran o vaxt Azərbaycan ordusuna xüsusi şəkildə kömək etdi; həm əsgərlərə təlim verdi, həm Azərbaycan ordusunun ehtiyaclarını təmin etdi, həm də müharibə köçkünlərini məskunlaşdırdı, onlara tibbi və qida cəhətindən təchiz edilmiş düşərgə saldı.”Ərdəbil Əyaləti Ümumi Mədəniyyət Şurasının sədri xütbəsinin davamında İran İslam İnqilabı Keşikçilər Qvardiyasının sabiq komandanı Möhsin Rizayinin Qarabağ müharibəsində Azərbaycana yardımları barədə müsahibəsinə də işarə edərək deyib: “Möhsin Rizayi Səhər kanalına verdiyi müsahibədə dedi: Qarabağ müharibəsində müharibə köçkünlərini İranda qarşılamaqdan əlavə, Azərbaycan ordusuna hərbi təlim verdik, silah-sursat və hərbi təchizatla təmin etdik. Hərbi təlimüşün Azərbaycanda da bir hərbi qarnizon təsis etdik.”Ayətullah Amili əlavə edib: “Bunlar Qarabağ müharibəsində İranın Azərbaycan Respublikasına yardımlarının kiçik bir hissəsidir. Amma Azərbaycanın medialarında bir kəlmə də olsun bu barədə heç nə deyilmir. Ona görə də son vaxtlarda İran Azərbaycan ordusuna verdiyi hərbi təlimlərin görüntüsünü yaymağı qərara almışdır. Əlbəttə, Azərbaycanın böyük xalqı bütün bunları bilir və bu bizim üçün kifayətdir.”

52D5F76PW1.jpg


Açar sözlər : 

Yazılıb da (də)   2019 yan 07  Saat  09   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin