Xəbər Lenti

Müsəlman krallıqdan Fələstinə dəstək: İsrailə qadağa

Ərdəbildə “19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları Günü” münasibətilə tədbir keçirilib- Foto

Əsas səhifə Bakıda ''Qarabağın azadlığına gedən yol şəhidlikdən keçir'' adlı tədbir keçirilib

“Bu oyun ABŞ-ın əli ilə sonlanmayacaq” – İranlı deputat

Müsavat və ReAL partiyaları mitinqə dəstək verəcək (yenilənib

Tale Bağırzadə xalqı mitinqə çağırdı

İlqar Məmmədov yenidən həbs edilə biləcəyini deyir

XİN: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir

MN: Ermənistan atəşkəs rejimini 26 dəfə pozub

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

Yəmənlilər Səudiyyənin bazasını raketlə vurub

İranın sərhəd komandanı: Sərhədçilər sərhədlərdəki sabitlik və təhlükəsizliyin başlıca amilidirlər

Həbsdəki daha iki fəalın aclığa başladığı bildirilir

Ötən gün ərzində 107 cinayət faktı qeydə alınıb

''Aclıq aksiyasını dayandırmasanız içəri qoşun yeridəcəyik''

Ərdoğan: Biz Trampla Suriya ilə bağlı tarixi əhəmiyyətli anlaşma əldə etdik

İslam rəhbəri sazişə gedən olmalıdır – Rəhbərin xüsusiyyətlərindən

Hizbullah: “İsrail rejiminin başladacağı istənilən müharibəyə hazırıq”

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib

İİR Silahlı Qüvvələrinin Baş Qərargah rəisi sabah Azərbaycan Respublikasına səfər edəcək

Azərbaycanlı keçmiş hərbçinin Suriyadakı terror əməlləri: “Əbu Cihad” kimdir

Bu gün Parisdə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

İsrail fələstinli uşaqları 3 ildə 16 milyon dollar cərimələyib

Mehman Hüseynova dəstək üçün keçiriləcək mitinqə icazə verildi

Ötən il Ermənistanın 63 hərbçisi ölüb, onlardan 11-i intihar edib

Anası: "Abbas Hüseynova yeni cinayət işi açılıb"

Azərbaycan, İran və Türkiyə birgə seriallar çəkəcək

Novxanıda Məhəmməd Əmin Rəsulzadənin barelyefi oğurlandı - Foto

Vəkil: Ombudsman Aparatının müdaxiləsindən sonra müvəkkilimlə görüşə buraxıldım

İranın parlament heyəti Bəşşar Əsəd ilə görüşdü

'Tale Bağırzadə dedi ki, Abbas Hüseynovu al qanın içində apardılar'

BŞİH Milli Şuranın mitinqinə icazə verdi

Zakir Həsənov iranlı həmkarına başsağlığı verib

Doktor Mütəfəkkirazad: İran, Türkiyə və Pakistan üç güclü müsəlman ölkəsi kimi Qarabağ münaqişəsinin həllində birləşməlidir

Zəif: Heç kim Tehran-Bağdad əlaqələrin müdaxilə haqqına malik deyil

Qarabağ müharibəsi ravisi: Qarabağ müharibəsində İran Qarabağın azad olunması üçün bir neçə dəfə plan təqdim etdi

Muxtar Sədrməhəmmədi: Qarabağ müharibəsində Azərbaycana verdiyimiz dəstəyi azadcasına danışmağı arzu edirik

Siyasi mühacirlər aclıq aksiyası keçirəcək

Siyasi məhbus kimi tanınan fəallar aclıq aksiyasına başlayır

Arxiv
 
Tarix : 2019 yan 08     |     Kod : 57397

''Vəkil görür mənə işgəncə verirlər, deyir, cavansan, yadından çıxacaq'

Gədəbəyin keçmiş icra başçısı və AXCP funksionerlərinin məhkəməsi başladı

Arannews-Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmli, qardaşı oğlu Vidadi Rüstəmli və onlarla eyni cinayət işi üzrə təqsirləndirilən AXCP funksionerləri – partiyanın Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirli və Nərimanov şöbəsinin sədri Babək Həsənovun məhkəməsi başlayıb.Yanvarın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyilə onların işi üzrə hazırlıq iclası keçirilib.Məhkəmədə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilərkən A.Məhərrəmli həbs olunarkən ona dövlət hesabına təyin edilmiş vəkil Səfər Hüseynova bildiriş göndərilməsinə etiraz edib. Bildirib ki, S.Hüseynovun gözü qarşısında ona işgəncə verilib, o isə susub:"O "poykovoy" vəkil görür mənə işgəncə verirlər, qayıdıb deyir ki, "cavansan, yadından çıxacaq".Daha sonra vəkillər çoxsaylı vəsatətlər qaldırıblar.S.Rüstəmovun vəkili İlhamə Həsənova yolverilməz sübutların çıxarılması, həbs edilərkən yanında olmuş həyat yoldaşı və qardaşının məhkəmədə əlavə şahid qismində dindirilməsi, həbsdə saxlandığı səkkiz ay ərzində ailəsilə telefon danışığı və görüşmək hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılması, təcridxanada saxlanma şəraitinin yaxşılaşdırılması və məhkəmənin hökmünə qədər ev dustaqlığına buraxılması barədə vəsatətlər qaldırıb. İ.Həsənova bildirib ki, S.Rüstəmlinin müdafiə hüququ pozulub, o, qeyri-insani rəftara məruz qalıb:"Mayın 8-də Şəmkirdə postda saxlayıb, polis şöbəsinə aparıblar. Orada ona izahat yazdırıb, dövlət hesabına vəkil təyin ediblər. Qohumları ilə əlaqə saxlamasına imkan verməyiblər. Adamın özünə istədiyi vəkili tutmaq imkanı olduğu halda, o, bu seçimdən məhrum edilib. Onu Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə gətirəndən sonra mayın 10-da cinayət işi başlanıb.Şəmkirdə dövlət hesabına verilmiş vəkil Akif İsmayılovdan imtina olunmamış bu idarədə də Oqtay Əliyevi dövlət hesabına vəkil təyin ediblər. Baxmayaraq ki, ayın 10-da qohumları mənimlə müqavilə bağlayıb, mən də həmin gün orderlə idarəyə getmişəm, məni onunla görüşməyə buraxmadılar. Mayın 11-də orderimi poçtla müstəntiqə göndərmişəm, amma yenə də mayın 14-də məni dindirməyə çağırmayıblar. Oqtay Əliyevin iştirakıyla dindirilib. Özü isə bildirir ki, heç Oqtay Əliyev də iştirak etməyib o dindirmədə. Mayın 24-də yenə mənim iştirakım olmadan dindirib, sonra da ona məndən imtina etməsi barədə ərizə yazdırıblar. İş prokurorluğa veriləndən sonra yenidən işə qaytarılmışam".Vəkil bildirib ki, S.Rüstəmlinin işgəncəyə məruz qalmasıyla əlaqədar Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Müdafiəçinin sözlərinə görə, istintaq təcridxanasında S.Rüstəmlinin olduğu kamera altı nəfərlikdir, amma orada 12 nəfər saxlanılır.

Təqsirləndirilən B.Həsənovun vəkili Cavad Cavadov müvəkkili və digər dörd nəfərin şüşə kabinədən çıxarılıb, müdafiəçilərinin yanında əyləşməsi barədə vəsatət qaldırıb. Bildirib ki, bu adamlar şəxsiyyət əleyhinə cinayətdə ittiham olunmur, cəmiyyətdə nüfuzu olan şəxslərdir.Vəkil prosesin audio və video yazısına şərait yaradılması haqda da vəsatət qaldırıb. C.Cavadov deyib ki, bu şəxslərin həbsindən sonra Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, onların təqsirsizlik prezumpsiyası hüququnu pozublar:"Bu işdə Əli Kərimlini də ittiham edirlər, amma onu heç çağırıb dindirməyiblər. Hətta ittihamda yazılanlar doğru olsaydı belə, yenə də ortada cinayət yoxdur. Kimsə siyasi partiyaya ianə verirsə, burada heç bir cinayətdən söhbət gedə bilməz".Vəkil Fariz Namazlı da bildirir ki, həmin vəsaitlərin cinayət yoluyla əldə olunmasını təsdiqləyən heç bir sübut yoxdur.Təqsirləndirilən V.Rüstəmlinin vəkili Gülnar Quluzadə də hüquqlarını müdafiə etdiyi şəxsin işgəncə altında ifadə verdiyini əsas gətirərək, həmin ifadələrin sübutlar siyahısından çıxarılması barədə vəsatət qaldırıb.V.Rüstəmlinin digər vəkili Orxan Yusifov onun uzun müddət qanunsuz olaraq, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində saxlandığını söyləyib.Təqsirləndirilən A.Məhərrəmlinin vəkili Aqil Layıcov cinayət işinin istintaqa geri qaytarılması haqda vəsatət verib. Bildirib ki, A.Məhərrəmlinin işgəncəyə məruz qalması, ifadələrə bu üsulla imza atdırılmasıyla əlaqədar məhkəməyə müraciət olunub. Əgər məhkəmə təsdiqləsə ki, həmin ifadələrə işgəncə altında imza atdırılıb, o zaman bu cinayət işinə baxmağın mənası qalmayacaq. Ona görə də həmin şikayət üzrə məhkəmə başa çatana qədər bu işə baxıla bilməz.Vəkil təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş "cinayət yolu ilə əldə olunan pulların leqallaşdırılması" ittihamına münasibət bildirərkən deyib ki, həmin vəsaitlərin çirkli pullar olmasını təsdiqləyən sübut yoxdur.Əksinə, iş materiallarından görünür ki, o pulların mənbəyi S.Rüstəmlinin Rusiyada ticarətdən əldə etdiyi vəsaitlərdir:"Leqallaşdırma deyəndə Əli Kərimlinin "Facebook" səhifəsinin reklamına pul qoyulması, mərc oyunlarında 20 manat uduzulmasını yazıblar".Hakimlər vəkillərin vəsatətlərini təmin etməyib. Məhkəmə prosesi 15 yanvara təyin olunub.A.Məhərrəmli, R.Nəsirli və B.Həsənov mayın 25-də həbs olunub. Onların həbsi barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə açıqlama yayaraq, AXCP funksionerlərini onlardan təxminən iki həftə öncə həbs olunmuş Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli ilə birlikdə çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham edib.Uzun illərdir Moskvada biznes fəaliyyətilə məşğul olan S.Rüstəmli DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunmuşdu. Ona əvvəlcə narkotik saxlama ittihamı verilmişdi. S.Rüstəmlinin vəkili ilə görüşünə, ailə üzvlərilə əlaqə saxlamasına imkan verilmirdi. Daha sonra onun qardaşı oğlu V.Rüstəmlini həmin idarənin əməkdaşları həbs etdi. Ona da eyni ittiham verildi.Onların yaxınları narkotik ittihamının saxta olduğunu bildirirdilər. Elə həmin ərəfədə, eyni gündə AXCP-nin üç funksioneri həbs olundu. Bundan sonra Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, onları cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasında ittiham etdi. İddia olunurdu ki, S.Rüstəmli Rusiyadan AXCP-yə pul göndərib, həbs edilmiş cəbhəçilər də həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırıblar. İttihamda söhbət 412 min dollardan gedir.Lakin S.Rüstəmli də, cəbhəçilər də ittihamı rədd edir. AXCP üzvləri həbs olunduqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirib, bununla əlaqədar prokurorluğa, məhkəməyə şikayətlər göndəriblər. Yerli məhkəmələr şikayətləri təmin etmədiyindən onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.AXCP sədri Əli Kərimli də cinayət işinin və həbslərin AXCP-yə qarşı növbəti repressiya dalğası olduğunu bildirib. Deyib ki, S.Rüstəmli ilə uzun illərdir dostdular. Rusiyada biznes fəaliyyətilə məşğul olan dostu bir neçə dəfə ona yardım edib. Ümumilikdə ona göstərilən maddi yardımın məbləği isə 5-6 min manatdan çox olmayıb.


Açar sözlər : 

Yazılıb da (də)   2019 yan 08  Saat  07   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin