Tarix : 2019 Jan 08
Kod 57399

Düşmən Yəməndəki məğlubiyyətini belə etiraf etdi

Səudiyyə rejimi Yaxın Şərqdəki ən böyük hərbi təchizata malik olmasına baxmayaraq, Yəmən xalqına qarşı amansız və vəhşicəsinə hücumları müqabilində yenə də məğlub olub.

Arannews-ABNA-  xəbər verir ki, yerli və beynəlxalq xəbər agentliklərinin məlumatına əsasən, Səudiyyə rejimi beynəlxalq cəmiyyətin önündə Yəməndəki müharibədə insan haqları pozuntularından başqa, dünyada sülh naminə heç bir iş görməyib. Səudiyyə rejimi 25 mart 2015-ci ildə başladığı hücumlarından etibarən sionistləri vəamerikalıları hədəflərinə çatdırmaq üçün xeyli miqdarda pul sərf edib. Ancaq bütün bunlara baxmayaraq, Səudiyyə rejimi Yəmən bölgəsini və hətta Cizan, Nəcran və Asir başda olmaqla bir çox cənub bölgəsini itirib.British Times jurnalının statistik məlumatına görə, Səudiyyə rejiminin cənubundakı əksər sənaye və ticarət şirkəti işini dayandırıb. 10 kənd boşaldılıb və cənub bölgələrindən 7000-dən çox insan təxliyə edilib. 500-dən çox məktəb bağlanıb. 2500-dən çox əsgər və 60 zabit öldürülüb.Cizan, Nəcran və Asir bölgələrində 650-dən çox tank və yüzlərlə hərbi texnika məhv edilib.250.000 dollar xəbərdarlıq təyyarə uçuşu sərfiyyatı (Havadan erkən xəbərdarlıq və nəzarət; təyyarə, gəmi və digər vasitələri uzun məsafələrdə müəyyən etmək və döyüş meydanında hava hərəkatında komandanlıq və nəzarət etmək üçün hazırlanmış bir havadan radar müşahidə sistemidir).1.8 milyard dollara iki peyk.Səudiyyə rejiminin Yəmənə qarşı müharibəsində ümumi xərcləri gündəlik 200 milyon dollar təşkil edir. Bu isə ildə 72 milyard dollara bərabərdir.Səudiyyə rejiminin ağır xərclərinə baxmayaraq, getdikcə bu nəticəyə gəlmişdir ki, müharibəyə davam edə bilməz və bu amansız hücumu dayandırmayacaq, çünki növbəti bir uğursuzluğunu artıq davam etdirmək istəmir.


  • Yazılıb
  • da (də) 2019 Jan 08
  • Göndərən مدير سايت Aran News