Xəbər Lenti

Müsəlman krallıqdan Fələstinə dəstək: İsrailə qadağa

Ərdəbildə “19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları Günü” münasibətilə tədbir keçirilib- Foto

Əsas səhifə Bakıda ''Qarabağın azadlığına gedən yol şəhidlikdən keçir'' adlı tədbir keçirilib

“Bu oyun ABŞ-ın əli ilə sonlanmayacaq” – İranlı deputat

Müsavat və ReAL partiyaları mitinqə dəstək verəcək (yenilənib

Tale Bağırzadə xalqı mitinqə çağırdı

İlqar Məmmədov yenidən həbs edilə biləcəyini deyir

XİN: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir

MN: Ermənistan atəşkəs rejimini 26 dəfə pozub

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

Yəmənlilər Səudiyyənin bazasını raketlə vurub

İranın sərhəd komandanı: Sərhədçilər sərhədlərdəki sabitlik və təhlükəsizliyin başlıca amilidirlər

Həbsdəki daha iki fəalın aclığa başladığı bildirilir

Ötən gün ərzində 107 cinayət faktı qeydə alınıb

''Aclıq aksiyasını dayandırmasanız içəri qoşun yeridəcəyik''

Ərdoğan: Biz Trampla Suriya ilə bağlı tarixi əhəmiyyətli anlaşma əldə etdik

İslam rəhbəri sazişə gedən olmalıdır – Rəhbərin xüsusiyyətlərindən

Hizbullah: “İsrail rejiminin başladacağı istənilən müharibəyə hazırıq”

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib

İİR Silahlı Qüvvələrinin Baş Qərargah rəisi sabah Azərbaycan Respublikasına səfər edəcək

Azərbaycanlı keçmiş hərbçinin Suriyadakı terror əməlləri: “Əbu Cihad” kimdir

Bu gün Parisdə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

İsrail fələstinli uşaqları 3 ildə 16 milyon dollar cərimələyib

Mehman Hüseynova dəstək üçün keçiriləcək mitinqə icazə verildi

Ötən il Ermənistanın 63 hərbçisi ölüb, onlardan 11-i intihar edib

Anası: "Abbas Hüseynova yeni cinayət işi açılıb"

Azərbaycan, İran və Türkiyə birgə seriallar çəkəcək

Novxanıda Məhəmməd Əmin Rəsulzadənin barelyefi oğurlandı - Foto

Vəkil: Ombudsman Aparatının müdaxiləsindən sonra müvəkkilimlə görüşə buraxıldım

İranın parlament heyəti Bəşşar Əsəd ilə görüşdü

'Tale Bağırzadə dedi ki, Abbas Hüseynovu al qanın içində apardılar'

BŞİH Milli Şuranın mitinqinə icazə verdi

Zakir Həsənov iranlı həmkarına başsağlığı verib

Doktor Mütəfəkkirazad: İran, Türkiyə və Pakistan üç güclü müsəlman ölkəsi kimi Qarabağ münaqişəsinin həllində birləşməlidir

Zəif: Heç kim Tehran-Bağdad əlaqələrin müdaxilə haqqına malik deyil

Qarabağ müharibəsi ravisi: Qarabağ müharibəsində İran Qarabağın azad olunması üçün bir neçə dəfə plan təqdim etdi

Muxtar Sədrməhəmmədi: Qarabağ müharibəsində Azərbaycana verdiyimiz dəstəyi azadcasına danışmağı arzu edirik

Siyasi mühacirlər aclıq aksiyası keçirəcək

Siyasi məhbus kimi tanınan fəallar aclıq aksiyasına başlayır

Arxiv
 
Tarix : 2019 yan 08     |     Kod : 57400

İslamçı Məhbusların Müdafiə Komitəsinin bəyanatı

Siyasi Məhbusların Azadlıq İttifaqı, Azərbaycan Ziyalılar Birliyi və “İslamçı məhbusların Müdafiə Komitəsi” bəyanat yayıb. Bəyanatda deyilir:

Arannews-Yola saldığımız 2018-ci ildə məhkəmələr tərəfindən inanclı insanlara, ortalama, 600 ildən (?!) artıq iş kəsilməsi sağlam məntiqə sığmayan acı bir faktdır və bu, şübhəsiz ki, vəziyyətin kritik həddə çatmasından xəbər verir. Hətta, 10,15, 20 il cəza almış dindar vətəndaşlarımız həbsxanalarda da rahat buraxılmır,- qisasçılıq və şiddətlə üzləşirlər. Belə ki, cəzasını qapalı tipli həbsxanada çəkən siyasi məhbus hacı Taleh Bağırzadəyə yönəlik qərəzli münasibət hələ də davam etməkdədi. O, zaman-zaman anlaşılmaz təxribatlara çəkilir, müxtəlif uydurma bəhanələrlə fiziki və mənəvi işgəncələrə məruz qalır. Əliyalın, köməksiz və zərrə qədər də günahı olmayan Əbülfəz Bünyadovu polis maşınında güllələyib yarımcan vəziyyətə saldıqları bəs deyilmiş kimi, günü bu gün də ona qarşı analoqu olmayan ədalətsizlik nümayiş etdirilir və sivil dünyanın göz-bəbəyi kimi qoruduğu bütün humanizm prinsiplərini tapdayaraq, iflic vəziyyətinə saldıqları insanı həbsxana kamerasında ölümlə üzbəsurət qoyurlar. Penitensiar xidmət əməkdaşları aldıqları sifarişə əsasən, 13 il həbs cəzasına məhkum olunmuş Azərbaycan İslam Partiyasının sədri, siyasi məhbus Mövsüm Səmədovu “islah” etmək adıyla üzünə yalançı şahidlər durdurur, “barakda” namaz qıldığını cinayət kimi qələmə verir və qərəzli şəkildə onun cəzaçəkmə şəraitini ağırlaşdırırlar.Bununla bərabər, mömün bir insanın şərlənərək tutulduğunu görməzdən gəlir və onun sağlamlıq durumu ilə əlaqədar bütün haqlı tələb və şikayətlərini qulaqardına vururlar. Çox təəssüf ki, oxşar, bəzənsə eyni münasibət siyasi məhbus siyahısında adı keçən əksər islamçı məhbuslara ( habelə, artıq “hicab məhbusu”, “namaz məhbusu” və s. bu kimi epitetlər qazanmış məhbuslara) qarşı sərgilənir. Biz, mütamadi olaraq bəzi inanc sahiblərinin daima təhdid altında saxlanmasının, onlara əsassız təzyiq və tənələr edilməsinin, bəznsə hətta, sorğu-sualsız fiziki surətdə məhv edilməsinin şahidiyik. Təbii ki, belə qeyri-sağlam münasibətlər sistemi ictimai fikirdə, istər-istəməz etiraz, qəzəb və nifrət hissi doğurmalıdır...və doğurur da! Bu insanların günahı nədir? Bəlkə onların öz ölkəsinə, öz xalqına ləyaqətli, mənəviyyatlı və əxlaqlı həyat arzu etməsidir? Bəlkə onların “günahı” ədalətli və azad, xeyirxahlıq və sevgi ilə dolu bir cəmiyyət axtarışıdı?.. Cənablar, əslində bu insanları qorxutmaq, həbs etmək, sındırmaq, yaxud öldürmək yox, QORUMAQ, onlarla QÜRUR DUYMAQ lazımdır.Biz, bütün bu ədalətsizliyə, haqsızlıq və qanunsuzluğa öz qəti etirazımızı bildirir və hakimiyyəti bu sayaq qeyri-insani davranışa son qoymağa səsləyirik. Biz, bütün siyasi və vicdan məhbuslarına AZADLIQ tələb edirik! Biz siyasi məhbuslarsız Azərbaycanda yaşamaq istəyirik! Və biz inanırıq ki, İLAHİ ƏDALƏT qalib gələcək. Mütləq qalib gələcək! Sadəcə, geci-tezi var!"



Açar sözlər : 

Yazılıb da (də)   2019 yan 08  Saat  08   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin