Xəbər Lenti

Türkiyə Taleh Bağırzadənin tərəfdarını tutub Azərbaycana təhvil verdi

Əlcəzair paytaxtında on minlərlə nəfər aksiya keçirib

İlham Əliyevin Novruz təbriki üzərində kiçik bir gəzişmə

Beyt-Ləhmdə bir fələstinli gənc şəhid olub

İran və Türkiyə xarici işlər nazirləri görüşüblər

Bakıda icazəsiz aksiyaya cəhd olub - saxlanılanlar var

İnqilab Rəhbəri: Avropalılar nüvə anlaşması məsələsində arxadan zərbə vurdular

Hənyə: Fələstinlilər 30 mart milyonluq yürüşünə hazırlaşırlar

Siyasi məhbus kimi tanınan daha 70 nəfər həbsdə qalıb

Bakıda jurnalistlərin nazirlərə hücumu

İran və Avropa Əlhudəydədə atəşkəsin icrasının önəmini vurğulayıblar

Azərbaycan İslam Partiyası xalqımızı Novruz bayramı münasibəti ilə təbrik etdi

Bakıda icazəsiz aksiyaya cəhd olub - saxlanılanlar var

Ötən gün 22 cinayətin üstü “isti izlər”lə açılıb

Suriyanın müdafiə naziri kürd yaraqlılara xəbərdarlıq edib

Əli Kərimliyə xarici pasport verilə bilər

Kürd yaraqlılar 3 Türkiyə əsgərini öldürüb

Ruhullah Axundzadə aclıq elan edib - SƏBƏB

İslam torpaqlarının işğalının davamında milliyyətçilik amili və maneələrinin araşdırılması konfransı-

buraxıldıAİP Hacı Əlikram Əliyevin il dönümü ilə bağlı başsağlığı verdi

Daha bir inanclı siyasi məhbus həbsdən buraxıldı

Fələstin: “Sionist rejimin Əl-Əqsa məscidi qərarına əməl etməyəcəyik”

Putin Ərdoğanı Krım Cümə məscidinin açılışına dəvət etdi

Jurnalist Anar Məmmədova hökm oxunub

Avropa İttifaqından Prezidentin əfv sərəncamına MÜNASİBƏT

Yəmənli qüvvələr Əsiri 5 ədəd raket ilə hədəfə aldılar

Allahşükür Paşazadə dindar məhkumların əfvi üçün müraciət edib - AÇIQLAMA

Tale Bağırzadənin müavini Elçin Qasımlı da azadlığa buraxıldı

İlham Əliyevin yerində olsaydım Hacı Mövsüm, Hacı Abgül, Hacı Tale

Masallıda novruz şənliyi

Siyasi məhbuslar azadlığa çıxdılar - Reportaj

Azərbaycan İslam Partiyası terrora etiraz bəyanatı yayıb

Bu gün İmam Cavadın mübarək mövlud günüdür

DSX: "Ermənistanla sərhədi pozan şəxs ruhi əsəb xəstəsidir"

Əfv sərəncamı Azərbaycanın “siyasi məhbus” problemini həll etdimi

Dejpəsənd: Tehran və Bakı iqtisadi əməkdaşlıqlar üçün mühüm qərarlar qəbul etdilər

Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb

Azərbaycan dindarları Yeni Zelandiyadakı terror aktı ilə bağlı müraciət yayıblar

"Bütün danışıqları dinlənilir" - Tale Bağırzadənin xanımı

Azərbaycan Prezidenti İranın iqtisadiyyat və maliyyə işləri üzrə nazirini qəbul edib

Arxiv
 
Tarix : 2019 yan 09     |     Kod : 57402

Məmməd İbrahimə daha 6 ay həbs istənildi

2015-ci ilin sentyabrından həbsdə olan AXCP sədrinin müşaviri Məmməd İbrahimə prokuror daha 6 ay 2 gün həbs cəzası istəyib.

Arannews- Yanvarın 8-də Suraxanı Rayon Məhkəməsində çıxış edən prokuror deyib ki, cəzaçəkmə müəssisəsində yatağından bıçaq tiyəsi tapılmasına görə CM-nin 317-1.2 maddəsi ilə ona verilmiş ittiham üzrə 6 ay cəza tələb olunur. İki gün isə onun əvvəlki cəzasından qalan günlərdir.Prokurorun çıxışından öncə məhkəmədə Heydər İsgəndərov adlı hal şahidi dindirilib. O, vaxtilə 16 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılıb. M.İbrahimin işi üzrə hal şahidliyindən az sonra məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb. Məhkəmədə deyib ki, M.İbrahimin yatdığı döşəkdən bıçaq tiyəsi çıxdığını görüb. Amma əşyanın məhz ona məxsus olub-olmadığını bilmir.M.İbrahim keçmiş məhkum yoldaşı olan şahidə sual verməkdən imtina edib: «Mən ona sual verərdim. Amma o da birdən həqiqəti açıb desə, idarəyə aparılıb protokola imza atmağa məcbur edildiyini, hal şahidliyinə görə məntəqə tipliyə köçürüldüyünü danışsa, necə olacaq? Əlbəttə ki, onu yenidən həbsə qaytararlar. Mən isə onun həbsə qaytarılmasını istəmirəm».M.İbrahimin vəkilləri də çıxış ediblər. Deyiblər ki, ittihamın əsassız olması elə cinayət işinin materiallarında olan sənədlərin uyğunsuzluğundan da görünür. Vəkillər bildirib ki, sənədlərdəki tarixlər, nömrələr onların əvvəlcədən hazırlanıb saxlandığını göstərir.«Cəzaçəkmə müəssisəsindən Məmməd İbrahim haqqında verilən xasiyyətnamədə onun Əli Kərimlinin müşaviri olması vurğulanıb. Onun dindar, vəhhabiliyə meylli olması, hökumət əleyhinə təbliğat aparması qeyd olunub. Bütün bunlar göstərir ki, Məmməd İbrahimə qarşı baş verənlər onun siyasi mənsubiyyəti, tənqidi fikirlərinə görədir. Bu səbəbdən onu azadlığa buraxmaq istəmirlər. Ona görə də «döşəkdən bıçaq tapılması» əməliyyatı quraşdırılıb. Döşəyi Məmməd İbrahim hazırlamayıb, inventardır. Hətta iddia olunduğu kimi, bıçaq tiyəsi oradan tapılıbsa belə, necə sübut etmək olar ki, onu ora Məmməd İbrahim qoyub?», – vəkillər çıxışında belə deyib.Müdafiəçilər çıxışlarının sonunda ittihamın saxta olduğunu vurğulayaraq, M.İbrahimə bəraət verilməsini istəyiblər.Yanvarın 10-da M.İbrahim son sözünü deyəcək, ardınca hökm elan ediləcək.azadliq.org


Açar sözlər : 

Yazılıb da (də)   2019 yan 09  Saat  07   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin