Tarix : 2019 Jan 09
Kod 57403

Ərdoğan ABŞ-ın kürdlər haqda fikirlərini pislədi

"Terror təşkilatları kürdləri təmsil etmir."

Arannews--un RİA-ya istinadən verdiyi xəbərə əsasən, Türkiyə prezidenti Rəcəb Tayyyib Ərdoğan ABŞ prezidentinin milli təhlükəsizlik üzrə məsləhətçisi Con Boltonun Suriya kürdlərinin özünümüdafiə qüvvələrinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyi haqda fikirlərini qəbuledilməz adlandırıb.Bolton böyük səhvə yol verir, onun bəyanatları qəbuledilməzdir. Terror təşkilatları kürdləri təmsil etmir. Türkiyənin Suriyada kürdləri öldürməsi haqda yalanlar yayanlar dünya ictimaiyyətinin əhval-ruhiyyəsi ilə oynamağa çalışırlar.”, - deyə Ərdoğan bildirib.

O əlavə edib ki, “Türkiyə yaxın zamanda Suriyadakı terrorçuların neytrallaşdırılması istiqamətində qəti addımlar atacaq”.Xatırladaq ki, daha öncə Bolton bəyan edib ki, ABŞ qoşunlarının Suriyadan çıxarılması müddəti İŞİD terrorçularının qalıqlarının məhv edilməsindən və Suriya kürdlərinin özünümüdafiə qüvvələrinin təhlükəsizliyinin təmin edilməsindən asılıdır. Onun sözlərinə görə, Ağ Evin müttəfiqi olan kürdlər Türkiyənin mümkün addımlarından qorunmalıdır.

  • Yazılıb
  • da (də) 2019 Jan 09
  • Göndərən مدير سايت Aran News