Xəbər Lenti

Baş redaktorun apelyasiya şikayəti təmin edilməyib

Seyid Sədr tərəfdarlarını etirazlara səslədi

İran Azərbaycanın dollardan imtina etməsini istəyir

Paşinyan Qarabağa görə Təhlükəsizlik Şurasının iclasını çağırdı

Gürcüstan höküməti etirazçıların tələbini qəbul etdi

ÇAVUŞOĞLU SƏRT DANIŞDI: ABŞ nə deyirsə desin

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub

Gürcüstan dağılır, Türkiyədə iqtidar-müxalifət bir-birini qırır. Çünki onların İlham Əliyev.

Quran yarışları başa çatdı, qaliblər mükafatlandırıldı

İstanbul seçkiləri: Ərdoğan İmamoğlunu təbrik etdi

Gəncə hadisələrinə görə həbs olunan şəxsin durumu pisləşib

Gürcüstanda etirazlar zamanı bir çox jurnalistlər yaralanıblar

Müdafiə Sənayesi Nazirliyi ləğv olunmayıb - Rəsmi

Gürcü etirazçılar daxili işlər nazirinin istefasını tələb ediblər

Həccin vacib olmasının 3 əsas şərti

İran şirkəti Qarabağda Şuşa məscidini bərpa edir

Putin Gürcüstana uçuşları qadağan etdi

Fuad Abbasovun ailəsinin yaşadığı evdə axtarış aparılıb

Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır

Mahir Salah: "Fələstinli qaçqınlar işinin ləğvinə icazə verməyəcəyik"

Ərdoğan İlham Əliyevə zəng edib

Azərbaycan R-nın nazirlər kabinetində dəyişiklik

İran və Türkiyə birgə əməkdaşlıq barədə strateji sənəd imzalayıblar

Etirazlar və qarşıdurmalardan sonra Gürcüstanda səs-küylü istefa

Hakim AXCP fəalının vəkilinə onun şəxsi işi ilə tanış olmağa imkan verməyib

Tehran və Bakı məşğulluq və iş yerlərinin yaradılması sahəsində həmkarlıq edəcəklər

Qarabağ Komitəsinin sədri dəyişib

Gürcüstanda etirazlar: DİN rəhbəri istefa verməyə hazır olduğunu bildirib

Putin mümkün ABŞ-İran müharibəsi barədə danışdı

BMT: Yəmən tarixin ən pis insan faciəsini yaşayır

Azərbaycan Ermənistan ordusunun təlimlərini nəzarətə götürdü, görüntü yaydı

Rusiya ABŞ-ın İrana qarşı faktlarının etibarsız olduğunu vurğulayıb

“Mursinin ölümü təbii olmayıb” – Ərdoğan

Azərbaycan iyulun 15-də BMT-yə hesabat verəcək

Gürcüstanda yeni səhiyyə naziri təyin olundu

Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

İşğalçı İsrail snayperinin vurduğu 7 aylıq qızcığazı ABŞ həkimləri xilas etdi

Bakı-Məşhəd marşrut xətti üzrə razılıq əldə edilib

Mübariz İbrahimovun şəhadət günüdür

Zakir Həsənov: Beynəlxalq vəziyyət müharibəni başlamağa imkan vermir

Arxiv Print RSS
 
Tarix : 2019 Jan 10     |     Kod : 57412

Azərbaycan yenə "avtoritar" ölkələr sırasındadı

Ötən il son üç ildə ilk dəfə olaraq dünyanın demokratiya İndeksi pisləşməyib. Amma qlobal miqyasda heç irəliləyiş də qeydə alınmayıb.

Arannews-Economist Intelligence Unit’ (EIU) bildirir ki, bütün dünyada hökumətlərin işindən məyusluq açıq-aşkar görünüb və bu da özünü siyasi qurumlara inamın, sonucda demokratiyanın özünə inamın sarsılmasında göstərir.
 Son illər mülki azadlıqlarda müşahidə olunan geriləmə də dəyişməz qalıb. Amma qlobal səviyyədə demokratiyanın əsas komponentlərindən sayılan siyasi iştiraklılığın gücləndiyi bildirilir. Yəni əhali siyasətdən kənar qalmır, əksinə, səsverməyə gedir, etirazlara çıxır. Elə məhz bu fakt Demokratiya İndeksinin geriləməsini önləyib.İlin qalibləri və luzerləri də bəllidir. Nikaraqua və Venesuela reytinqdə 17 pillə geriləyib. Avropada İtaliya 12 pillə, Türkiyə 10, Rusiya 9 pillə düşüb.Amma Ermənistan, Makedoniya, Ekvador, Haiti və Tunisin reytinqində yaxşılaşma qeydə alınıb.Ötən il küçə etirazları nəticəsində Ermənistanda Serj Sarkisyan hakimiyyətdən getdi, müxalifət lideri Nikol Pashinian baş nazir postuna gəldi.Tam demokratik ölkələr siyahısında ilk onluqda Norveç, İslandiya, İsveç, yeni Zelandiya, Danimarka, Kanada, İrlandiya, Finlandiya, Avstraliya və İsveçrə yer alıb.Azərbaycan 149-cu pillədə qərarlaşıb, "avtroritar” ölkə sayılıb. Onunla bu sırada Belarus, Əfqanıstan, Qazaxıstan, Rusiya, İran, Özbəkistan, Tacikistan və Türkmənistan yer alıb.Azərbaycan hakimiyyəti ölkənin avtoritar üsullarla idarə olunmasına dair beynəlxalq qurumların tənqidlərini qəbul etmir, ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.Birləşmiş Ştatlar, Çexiya, Bolqarıstan, Xorvatiya, Serbiya və Rumıniya qüsurlu demokratiyalardır.Ukrayna (84), Gürcüstan (89), Ermənistan (103) hibrid rejimli ölkələr sırasındadırlar.EIU 2017-ci ildəki düşüşdən sonra Avropada, Asiyada, Avstraliyada, Saharaaltı Afrikada ötən il yaxşılaşma qeydə alındığını vurğulayır. Latın Amerikası və Qərbi Avropada isə davamlı pisləşmə baş verib. Şərqi Avropa 2006-cı ildən demokratiya İndeksinin çox pisləşdiyi region olaraq qalmaqdadır. Asiyada isə ən böyük irəliləyiş qeydı alınıb.İtaliya, Türkiyə və Rusiya daxil olmaqla bir sıra Avropa ölkələrinin reytinqində ciddi geriləmə var. Ötən il Türkiyədə prezidentliyə nəzarətin zəifləməsi fonunda indeksi daha da düşüb. Rəcəp Tayyip Ərdoğanın iyunda qalib gəldiyi seçki fövqəladə vəziyyətdə keçirilib, azad görünsə də, əsasən ədalətsiz keçib.




Yazılıb da (də)   2019 Jan 10  Göndərən   مدير سايت Aran News   
PDF Çap Çap
 
', 'auto');ga('send', 'pageview');