Tarix : 2019 Jan 11
Kod 57419

Gün ərzində 108 cinayət faktı qeydə alınıb

Yanvarın 9-dan 10-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Arannews-Daxili İşlər Nazirliyindən FaktXəbər-ə verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 108 cinayət faktı qeydə alınıb, onların da 17-i "isti izlər"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.Axtarışda olduğuna görə ümumilikdə 11 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilib.Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.


  • Yazılıb
  • da (də) 2019 Jan 11
  • Göndərən مدير سايت Aran News