Xəbər Lenti

Yəmən Səudiyyənin iki hava limanına hücum edib

"ABŞ səfiri Tbilisini qarışdırır" - Gürcü Pravoslav Kilsəsindən iddia

Yaxınları məhbusun öldüyünü iddia edir

Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb

Türkiyə Ordusu 77 PKK terrorçusunu məhv edib

“Qaloş piri”, Azərbaycanda xalis İslam əleyhinə qarayaxmaya xidmət vasitəsi

Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü keçiriləcək

Qarabağ müharibəsi əlillərini bahalı hədiyyə ilə sevindirdilər

Ruhani: İran terrorizmin dünyanın digər məntəqələrinə sızması və yayılmasına mane olubdur

İran və Türkiyə beynəlxalq əlaqələrdə təkvektorluluğa qarşı çıxıblar

Milli Qəhrəman Çingiz Mustafayevin şəhadətindən 27 il ötür

Türkiyə: ABŞ bizi boyun əydirə bilməyəcək

Murad Köhnəqala azadlığa buraxılıb

Ayətullah Xamenei: Atom bombası istəsəydik, ABŞ heç nə edə bilməzdi

İran və Azərbaycan R. arasında yol nəqliyyatı memorandumu imzalanıb

Azərbaycan XİN Ermənistan XİN-in bəyanatına cavab verib

Ərdoğandan ABŞ-a S-400 mesajı: Bu iş bitib

Qarabağda atışma - Erməni hərbçisi məhv edildi

Azərbaycanda 5 km 100 m uzunluqda dövlət bayrağı hazırlanıb

Cəbhədə gərginlik artır: Ermənilər Azərbaycanın hərbi aviasiya vasitələrinə raket atdı

İnqilab Rəhbərinin vurğunu olan Ukrayna güləşçisi kimdir

Xələf Xələfov: "Keşikçi Dağı ilə bağlı Gürcüstanla danışıqlarımız davam edir"

Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1090 nəfər müraciət edib

Fuad Abbasovun anasından prezidentə və birinci xanıma

Ukraynalı idmançı üzərində Ayətullah Xameneinin şəkli olan köynəklə səkiyə çıxdı

"Yəhudilərlə bizim bir ortaq cəbhəmiz, tək düşmənimiz var, o da şiələrin Mehdisidir!" - Bin Salman

ABŞ dövlət katibi Gürcüstanla əlaqələrindən danışıb

Azərbaycanla Gürcüstan arasında hərbi əməkdaşlığa dair sənəd imzalanacaq

QMİ sədrinin nümayəndəsi “Qaloş piri” videosuna münasibət bildirib

Qəbələdə üç ölkənin Müdafiə nazirləri görüşür

Putin ABŞ-ın hərəkətlərinin təhlükəli nəticələri haqda xəbərdarlıq edib

HƏMAS işğal altındakı torpaqlarda müqavimətin yüksəldilməsini istədi

Qarabağ məntəqəsində Azərbaycan Respublikasının bir hərbçisi öldürülüb

Ermənistan Müdafiə Nazirliyi hərbçimizi şəhid edən qatilləri mükafatlandırdı

Mülki geyimlilər AXCP fəalını apardı – Xəbər yoxdu

Naxçıvanda Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirildi

Türkiyədə 70 kq-lıq Quran nüsxəsi hazırlandı

`İslam dini – əqlaniyyətə və rasionallığa söykənən bir dindir`

Arxiv Print RSS
 
Tarix : 2019 Jan 11     |     Kod : 57420

Həbsdəki Müsavat Partiyasının fəalı aclığa başlayıb

Müsavat Partiyasının üzvü, siyasi məhbus kimi tanınan Azad Həsənov təcridxanada aclıq aksiyasına başlayıb.

Arannews-Müsavat Partiyasının üzvü, siyasi məhbus kimi tanınan Azad Həsənov təcridxanada aclıq aksiyasına başlayıb.Bu barədə Həsənovun vəkili Osman Kazımov məlumat yayıb.“Bakı Apellyasiya Məhkəməsi Azad Həsənov barəsində həbsin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı verdiyim vəsatətin təmin edilməməsinə dair Xətai rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb”, vəkil Osman Kazımov bildirib.“Azad Həsənov məhkəmədə Mehman Hüseynova dəstək və özünün yaxın qohumları ilə görüşməsinə, telefon əlaqəsinə imkan verilməməsi ilə bağlı aclıq aksiyasına başladığını elan etdi”, Kazımov deyib.Azad Həsənov 2018-ci il oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Vilnusdan Bakıya gəlib. Ailə üzvlərinin dediyinə görə, o, sərhədi problemsiz keçib, günortaya qədər atasıyla bir yerdə olub.Sonra özlərini polis kimi təqdim edən mülki geyimli şəxslər Həsənovu zorla avtomobilə oturdaraq qeyri-müəyyən istiqamətə aparıb.Müsavat Partiyası fəalın saxlanılmasını pisləyən bəyanatla çıxış edib.“Azad Həsənov faktiki olaraq itkin düşüb və onun həyatı təhlükədədir. Müsavat Partiyası hakimiyyətdən qisasçılıq və repressiya siyasətinin dayandırılmasını, hüquq-mühafizə orqanlarından Azad Həsənovun harada olduğu barədə dərhal məlumat verilməsini, əgər həbs edilibsə, azad olunmasını tələb edir.Müsavat Partiyası bütün hüquq müdafiə təşkilatlarını, o cümlədən Ombudsman Aparatını Azad Həsənovun həyatına olan təhlükənin aradan qaldırılması istiqamətində tədbirlər görməyə çağırır”, sənəddə deyilir.Müsavat Partiyasının mətbut xidməti bildirir ki, Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının fəal üzvüdür. O, 2014-cü ilin fevralından mühacirətdədir, ailəsi ilə birgə Litvada siyasi sığınacaq alıb.Litvanın Azərbaycandakı Səfirliyi Azad Həsənovun saxlanılması ilə bağlı sorğunu şərh etməyib. Səfirliyin əməkdaşı bildirib ki, Azad Həsənovun saxlanılması barədə səfirlikdə məlumat yoxdur.

Öz növbəsində, rəsmi qurumlardan və Ombudsman Aparatından Azad Həsənovla bağlı məlumat almaq mümkün olmayıb.(Amerikanınsesi)




Yazılıb da (də)   2019 Jan 11  Göndərən   مدير سايت Aran News   
PDF Çap Çap