Xəbər Lenti

Baş redaktorun apelyasiya şikayəti təmin edilməyib

Seyid Sədr tərəfdarlarını etirazlara səslədi

İran Azərbaycanın dollardan imtina etməsini istəyir

Paşinyan Qarabağa görə Təhlükəsizlik Şurasının iclasını çağırdı

Gürcüstan höküməti etirazçıların tələbini qəbul etdi

ÇAVUŞOĞLU SƏRT DANIŞDI: ABŞ nə deyirsə desin

Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində nisbi sakitlik müşahidə olunub

Gürcüstan dağılır, Türkiyədə iqtidar-müxalifət bir-birini qırır. Çünki onların İlham Əliyev.

Quran yarışları başa çatdı, qaliblər mükafatlandırıldı

İstanbul seçkiləri: Ərdoğan İmamoğlunu təbrik etdi

Gəncə hadisələrinə görə həbs olunan şəxsin durumu pisləşib

Gürcüstanda etirazlar zamanı bir çox jurnalistlər yaralanıblar

Müdafiə Sənayesi Nazirliyi ləğv olunmayıb - Rəsmi

Gürcü etirazçılar daxili işlər nazirinin istefasını tələb ediblər

Həccin vacib olmasının 3 əsas şərti

İran şirkəti Qarabağda Şuşa məscidini bərpa edir

Putin Gürcüstana uçuşları qadağan etdi

Fuad Abbasovun ailəsinin yaşadığı evdə axtarış aparılıb

Azərbaycan Ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam hazırdır

Mahir Salah: "Fələstinli qaçqınlar işinin ləğvinə icazə verməyəcəyik"

Ərdoğan İlham Əliyevə zəng edib

Azərbaycan R-nın nazirlər kabinetində dəyişiklik

İran və Türkiyə birgə əməkdaşlıq barədə strateji sənəd imzalayıblar

Etirazlar və qarşıdurmalardan sonra Gürcüstanda səs-küylü istefa

Hakim AXCP fəalının vəkilinə onun şəxsi işi ilə tanış olmağa imkan verməyib

Tehran və Bakı məşğulluq və iş yerlərinin yaradılması sahəsində həmkarlıq edəcəklər

Qarabağ Komitəsinin sədri dəyişib

Gürcüstanda etirazlar: DİN rəhbəri istefa verməyə hazır olduğunu bildirib

Putin mümkün ABŞ-İran müharibəsi barədə danışdı

BMT: Yəmən tarixin ən pis insan faciəsini yaşayır

Azərbaycan Ermənistan ordusunun təlimlərini nəzarətə götürdü, görüntü yaydı

Rusiya ABŞ-ın İrana qarşı faktlarının etibarsız olduğunu vurğulayıb

“Mursinin ölümü təbii olmayıb” – Ərdoğan

Azərbaycan iyulun 15-də BMT-yə hesabat verəcək

Gürcüstanda yeni səhiyyə naziri təyin olundu

Rusiya ilə təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib

İşğalçı İsrail snayperinin vurduğu 7 aylıq qızcığazı ABŞ həkimləri xilas etdi

Bakı-Məşhəd marşrut xətti üzrə razılıq əldə edilib

Mübariz İbrahimovun şəhadət günüdür

Zakir Həsənov: Beynəlxalq vəziyyət müharibəni başlamağa imkan vermir

Arxiv Print RSS
 
Tarix : 2019 Jan 12     |     Kod : 57422

"Ədalət uğrunda özlərini qurban verənlər bu gün zindanlara salınıblar" - Fotolar

Yanvarın 11-də “Qarabağın Azadlığı Uğrunda İslami Müqavimət Hərəkatı”nın (QAUİMH) ofisində “2018-ci ilin yekunları və 2019-cu ildən gözləntilər” adlı mətbuat konfransı keçirildi. Mətbuat konfransında ölkənin ictimai –siyasi fəalları, məhbus ailələri, hüquq müdafiəçiləri və inanclı şəxslər iştirak edib.

Arannews-Tədbiri giriş sözü ilə açan  QAUİMH sədri Rövşən Əhmədli tədbirin əslində yanvarın 7-də keçrilməsini planlaşdırdıqlarını bildirib: “Əslində bu tədbir yanvarın 7-də baş tutmalı idi. Çünki bilirsiniz ki, 8 il əvvəl Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov həbs edildi. Onunla yanaşı onlarla inanclı həbs edildi və bu bu gün də davam edir. Bu gün ölkənin birinci problemi Qarabağ problemidi, ikinci problem isə siyasi məhbuslardır. Bu 8 ildə ruhanilərin, ictimai fəalların  ardıcıl həbslərini gördük. 2018-ci ilin ən yaddaqalan olayları Mingəçevirdə baş verən partlayış və Gəncə hadisələri oldu”.Tədbirdə AİP sədrəvəzi, ilahiyyatçı İlham Əliyev, ilahiyyatçı alim Araz Şiyəkəranlı, hüquq müdafiəçisi Oqtay Güləliyev, kinodramaturq Eldəniz Quliyev, AİP Qadınlar Şurasının sədri Növrəstə İbrahimova, siyasi məhbus Fuad Əhmədlinin atası Zəfər Əhmədli, Milli Şuranın üzvü İbrahim İbrahimli, siyasi məhbus Abbas Hüseynin anası Rəhimə Hüseynova çıxış ediblər. AİP sədr əvəzi İlham Əliyev “Qurani -Kərim”də haqsızlıqla mübarizənin vacib buyurulduğunu bildirdi. Eyni zamanda islam tarixində qadınların ədalətsizliyə qarşı vuruşmasını önə çəkdi: “Həzrəti Zeynəb əli-qolu bağlı şəkildə etdiyi çıxışı ilə zalımı öz zülmünü etiraf etməyə məcbur etdi. Bu gün də onun çıxışlarını oxuyan böyük insanlar xanım Zeynəbə təzim edirlər. Hər zaman belə olub. Haqsızlıqla döyüşənlər tarixdə min illər boyu sevgi ilə anılıb.”“2018-ci ildə bir dəstə siyasi məhbus ailəsi həbs edilən yaxınlarını şəkli olan köynəklə şəhərdə gəzdikləri üçün polis saxladı” - bu sözləri siyasi məhbus Fuad Əhmədlinin atası Zəfər Əhmədli dedi: “Polis mənə dedi ki, şəkilin altında “Azadlıq!” sözü var. Bilmiriz ki, azadlıq bu ölkədə qadağan edilib? Get, otur maşında. Azadlığın qadağan edildiyi ölkədə yaşayırıq.”Milli Şuranın Kordinasiya Şurasının üzvü İbrahim İbrahimov siyasi məhbuslara zindanda verilən işgəncə faktlarına toxundu və hər bir insanın haqsızlığa etiraz etməsinin vacibliyini bildirdi: “12 imamımız çox rahat yaşaya bilərdi, amma onlar özlərini oda-alova atdılar. Onlar ədalət uğurunda canlarını qurban verdilər. Bu gün zindanda işgəncələrə məruz qalan Abbas Hüseynlər o imamların davamçısıdır.”


Yazılıb da (də)   2019 Jan 12  Göndərən   مدير سايت Aran News   
PDF Çap Çap
 
', 'auto');ga('send', 'pageview');