Xəbər Lenti

Müsəlman krallıqdan Fələstinə dəstək: İsrailə qadağa

Ərdəbildə “19 Yanvar Dünya Müsəlman Azərbaycanlıları Günü” münasibətilə tədbir keçirilib- Foto

Əsas səhifə Bakıda ''Qarabağın azadlığına gedən yol şəhidlikdən keçir'' adlı tədbir keçirilib

“Bu oyun ABŞ-ın əli ilə sonlanmayacaq” – İranlı deputat

Müsavat və ReAL partiyaları mitinqə dəstək verəcək (yenilənib

Tale Bağırzadə xalqı mitinqə çağırdı

İlqar Məmmədov yenidən həbs edilə biləcəyini deyir

XİN: Azərbaycanla ultimativ tərzdə danışmaq qəbuledilməzdir

MN: Ermənistan atəşkəs rejimini 26 dəfə pozub

''Bədənimə hərəsi 3 dəqiqə olmaqla 5 dəfə tok verdilər''

Yəmənlilər Səudiyyənin bazasını raketlə vurub

İranın sərhəd komandanı: Sərhədçilər sərhədlərdəki sabitlik və təhlükəsizliyin başlıca amilidirlər

Həbsdəki daha iki fəalın aclığa başladığı bildirilir

Ötən gün ərzində 107 cinayət faktı qeydə alınıb

''Aclıq aksiyasını dayandırmasanız içəri qoşun yeridəcəyik''

Ərdoğan: Biz Trampla Suriya ilə bağlı tarixi əhəmiyyətli anlaşma əldə etdik

İslam rəhbəri sazişə gedən olmalıdır – Rəhbərin xüsusiyyətlərindən

Hizbullah: “İsrail rejiminin başladacağı istənilən müharibəyə hazırıq”

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib

İİR Silahlı Qüvvələrinin Baş Qərargah rəisi sabah Azərbaycan Respublikasına səfər edəcək

Azərbaycanlı keçmiş hərbçinin Suriyadakı terror əməlləri: “Əbu Cihad” kimdir

Bu gün Parisdə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü olacaq

İsrail fələstinli uşaqları 3 ildə 16 milyon dollar cərimələyib

Mehman Hüseynova dəstək üçün keçiriləcək mitinqə icazə verildi

Ötən il Ermənistanın 63 hərbçisi ölüb, onlardan 11-i intihar edib

Anası: "Abbas Hüseynova yeni cinayət işi açılıb"

Azərbaycan, İran və Türkiyə birgə seriallar çəkəcək

Novxanıda Məhəmməd Əmin Rəsulzadənin barelyefi oğurlandı - Foto

Vəkil: Ombudsman Aparatının müdaxiləsindən sonra müvəkkilimlə görüşə buraxıldım

İranın parlament heyəti Bəşşar Əsəd ilə görüşdü

'Tale Bağırzadə dedi ki, Abbas Hüseynovu al qanın içində apardılar'

BŞİH Milli Şuranın mitinqinə icazə verdi

Zakir Həsənov iranlı həmkarına başsağlığı verib

Doktor Mütəfəkkirazad: İran, Türkiyə və Pakistan üç güclü müsəlman ölkəsi kimi Qarabağ münaqişəsinin həllində birləşməlidir

Zəif: Heç kim Tehran-Bağdad əlaqələrin müdaxilə haqqına malik deyil

Qarabağ müharibəsi ravisi: Qarabağ müharibəsində İran Qarabağın azad olunması üçün bir neçə dəfə plan təqdim etdi

Muxtar Sədrməhəmmədi: Qarabağ müharibəsində Azərbaycana verdiyimiz dəstəyi azadcasına danışmağı arzu edirik

Siyasi mühacirlər aclıq aksiyası keçirəcək

Siyasi məhbus kimi tanınan fəallar aclıq aksiyasına başlayır

Arxiv
 
Tarix : 2019 yan 12     |     Kod : 57423

Qarabağ müharibəsinin iranlı canlı şahidi: Qarabağ İslam və Azərbaycan xalqının vətənpərvərliyi sayəsində azad olacaq

Səkkiz illik Müqəddəs Müdafiə dövrünün döyüşçüsü, “Yaxşılar ordusu” kitabının müəllifi və Qarabağ müharibəsində Azərbaycan Respublikasının məzlum xalqının yanında olmuş Mehdiqulu Rizayi Qarabağ müharibəsi barədəki söhbətlərində Qarabağın işğal edilməsinin səbəbini həmin dövrdə bu ölkədə birliyin olmaması, qruplaşmalar, hərbi qüvvələrin ruhdan düşməsi adlandırıb, Qarabağın İslam və Azərbaycan Respublikası müsəlmanlarının vətənpərvərliyi sayəsində azad olacağına ümid etdiyini bildirib.

AranNews – Təbrizdə “Qarabağ münaqişəsində regional və beynəlxalq oyunçuların rolu və bu münaqişənin həllində İran İslam Respublikasının potensialları” mövzusunda konfrans keçirilib. Konfransda alim və ziyalılar, həmçinin Qarabağ müharibəsinin canlı şahidləri iştirak edib.Qarabağ müharibəsinin canlı şahidlərindən olan Mehdiqulu Rizayi konfransın natiqlərindən olub. O, müxtəlif toplantılarda və medialarda Qarabağ müharibəsində Azərbaycan Respublikası ərazilərinin 20 faizinin işğal olunmasına toxunulmasına işarə edərək bu mövzuya hərbi aspektdən yanaşaraq deyib: “İşğal edilmiş bu 20 faiz ərazinin əhəmiyyəti hərbi baxımdan bəlkə də 80 faizdən çoxdur. Çünki bu məntəqə dağlıq ərazidir və qonşu məntəqələrdən yüksəkdə yerləşir. Təbrizin şimalında yerləşən Eynali dağlıq ərazisinə hakim olmaq bütün Təbrizə hakim olmaq, faktiki olaraq Təbrizə nəzarət etmək və onu vurmağa qadir olmaq mənasına olduğu kimi işğal edilmiş Qarabağ ərazisinin strateji mövqeini də nəzərdən qaçırmaq olmaq.”Qarabağ müharibəsində iştirak etmiş iranlı döyüşçü çıxışının davamında deyib: “Ermənistan qüvvələri Arazın şimal tərəfində Şuşa səmtindən Aslanduz, Füzuli, Ağdamdan tutmuş İmişli və Sabirabad səmtinə irəliləməyə başladıqda İran İslam Respublikası rəsmiləri və xalqı Arazın o tayından gələcək köçkünlər və dinc əhali üçün bir çarə qılmaq və düşmənin irəliləməsinin qarşısını almaq qərarına gəldilər. Bu məqsədlə məntəqəyə gələrək erməni qüvvələrinin hərəkəti barədə hər an məlumat əldə edərək ilk növbədə onların irəliləməsinin qarşısını almaq, ikinci mərhələdə isə çox acınacaqlı durumda olan müharibə köçkünlərinə humanitar yardımlar göstərmək barədə tədbirlər gördülər.Qarabağ müharibəsi dövründə vəziyyət elə idi ki, hətta quru çörəyi təmin etmək belə çox çətin idi və şiddətli aclıq hökm sürürdü. Belə bir şəraitdə biz Parsabad və Aslanduz istiqamətinə yola düşdük, Mil-Muğan Su Anbarının o tərəfində erməni qüvvələrinə qarşı müqavimət göstərdik.”Mehdiqulu Rizayi daha sonra deyib: “Erməni qüvvələrinin hücumu Azərbaycan xalqı və qüvvələrinin qəlbində qorxu yaratmışdı. Azərbaycanlı qüvvələr bəzən ermənilən 50, yaxud 20 km-yə çatmasını bildikdə dərhal geri çəkilirdilər. Bu geri çəkilmələr bəzən dinc sakinlərin müharibə zonalarından çıxarılmasından qabaq baş tuturdu.”Qarabağ müharibəsi iştirakçısı baş vermiş döyüş hadisələrindən bir xatirə danışaraq deyib: “Mil-Muğan Su Anbarının o tayında 5 katyuşadan təşkil edilmiş bir artilleriya var idi. Hər katyuşada 40 raket olsaydı, deməli azəri qüvvələrin faktiki olaraq həmin nöqtədə atılmağa hazır 200 raketi var idi. Həmin saat ermənilər su anbarının 50 km-nə yaxınlaşmışdılar. Azərbaycanlı qüvvələr bu xəbəri eşitdikdə yay olduğuna görə dərinliyi azalmış Araz çayını keçərək İrana tərəf gəldilər. Mən batareya komandirinə dedim ki, bu silahlar ermənilərə müqavimət göstərmək və onlara atəş açmaq üçün kifayət idi və onların irəliləməsinin qarşısını alacaqdı, ya ən azından zəiflədəcəkdi. Batareya komandiri mənə dedi: “Rəhmətliyin oğlu, Heydər Əliyev evində oturub mən onun üçün döyüşüm?!!!” Azərbaycan qüvvələrinin ruhiyyəsi bəzən bu qədər zəif idi.”

M. Rizayi çıxışının digər hissəsində Azərbaycan Respublikasının torpaqlarının 20 faizinin işğal edilməsinin səbəblərinə də toxunaraq deyib: “O vaxt Azərbaycanda vəhdətin olmaması və qruplaşmalar azəri qüvvələrin ermənilər qarşısında zəifləməsinə səbəb olmuşdu. Bir qrup boz qurd adı ilə Əbülfəz Elçibəyin, digər qrup Surət Hüseynovun və digərlərinin ardınca idilər. Orduda da vəziyyət yaxşı deyildi və çox zəifliklər mövcud idi.O günlər Azərbaycanın ordu komandirləri ilə söhbət etdikdə deyirdik ki, siz sovet ordusunun bir hissəsi olmamısınızmı? Bununla belə hərbi məsələlərdən baş açmırsınız?! Hətta, elə komandirlər var idi ki, xəritəni oxumaqda və hərbi əyri xətləri tənzimləməkdə naşı əməl edirdilər. Onlar deyirdilər ki, biz sovet ordusunda yardımçı və tədarük bölmələrində xidmət etmişik, kəşfiyyat və hərbi əməliyyatların həyata keçirilməsində iştirak etməmişik. Ona görə də peşəkarlığımız bu səviyyədədir.Qarabağ müharibəsi hadisələrinin ravisi daha sonra deyib: “O günlərdə Əbülfəz Elçibəy qaçmışdı, Surət Hüseynov Bakıda idi, Heydər Əliyev də hakimiyyətə gəlməkdə idi və hələ azərbaycanlı qüvvələri və müxtəlif qrupları birləşdirə bilməmişdi. Belə bir şəraitdə biz erməni qüvvələrinin mövqelərini tanımaq, azərbaycanlı dinc sakinlərə və köçkünlərə yardım çatdırmağa yollar tapmaq, habelə Azərbaycan Respublikasına kömək etmək üçün iranlı qüvvə və imkanların əlverişli bölgələrdə yerləşməsi məqsədilə Füzuli və Ağdam cəbhələri istiqamətində hərəkət etdik. İmişli mərkəz bir bölgə olaraq köçkünlər üçün düşərgə kimi seçildi. İran bu düşərgəni təchizatla tam təmin etdi və köçkünlər orada məskunlaşdı. Köçkünlərin məişət və rahatlığı üçün bütün təlaşlar həyata keçirilidi.”Qarabağ döyüşçüsü deyib: “İranlı qüvvələr Qarabağ müharibəsi boyu könüllü xalq briqadaları arasında əlaqə və uyğunluq yaradılması, onların İrandan və Xudafərin körpüsündən keçərək Şuşa səmtinə getməsi, əməliyyatların davam etməsi və Gəncəyə qədər genişlənməsi, işğal edilmiş Qarabağ ərazilərinin mühasirəyə alınması və onların işğaldan azad edilməsi üçün Azərbaycana kömək etmiş, plan və proqramlar təqdim etmişdir. Lakin bütün bu təlaşlar nəticəsiz qaldı. Çünki Arazın o tayında könüllülük və birlik ruhiyyəsi çox zəif idi, daxili ixtilaflar həddən artıq çox idi, hər kəs öz sazını çalırdı. Noi İqdam və Əlaəddin Nurməhəmmədzadənin Heydər Əliyevlə görüşü, bu məsələ barədə söhbətləri və Heydər Əliyevin onlara haqlı cavabı məncə əsas mövzunu açıqlayır. Heydər Əliyev bu görüşdə onlara demişdi ki, sizin fikir və planlarınız İranda İmam Xomeyninin (r) varlığına, onun söz və qüdrətinin nüfuzuna görə həyata keçir. Bizim isə burada İmam Xomeynimiz (r) yoxdur.”Mehdiqulu Rizayi əlavə edib: “Hər halda bizim təlaşlarımız Azərbaycan Respublikasında bir neçə dəfə istisna olmaqla, nəticə vermədi. Əlbəttə, o dövrdə  Azərbaycan xalqı və dövlət məsulları üçün İran İslam Respublikasının dəstəklərini cəlb və ondan ciddi faydalanması üçün şərait də yaranmamışdı. Bu məsələni də diqqətdən qaçırmaq olmaz ki, pantürkçü qruplar, İran və Azərbaycanda bu kimi qrupların ədəbiyyat və baxışları iki ölkə arasında münasibətlərin zəifləməsinə təsir göstərdi və əvəzedilməz ziyanlar vurdu.”Keçmiş döyüşçü vurğulayıb: “Bizim İraq və Suriya xalqların kömək etməkdə uğur qazana bilməyimizin səbəbi bu ölkələrin xalq və ordu qüvvələri arasında zəminə, uyğunluq və birlik yarada bilməyimiz olmuşdur. Suriyada ələvi qüvvələr güclü hərbi briqadaların yaradılmasında və onların arasında əlaqənin icad olmasında çox mühüm rol oynadılar. Amma Qarabağ müharibəsi dövründə Azərbaycan Respublikasında bu şərait yox idi. Lakin indi vəziyyət dəyişib, Azərbaycanda bu imkan və potensiallar mövcuddur.”M. Rizayi daha sonra deyib: “Ötən il “Yaxşılar ordusu” kitabının azəri dilinə tərcüməçisi ilə söhbət etdikdə, o dedi: “Əgər Qarabağ müharibəsi zamanı belə bir kitablarda qeyd olunmuş təcrübələrdən faydalana bilsəydik, onlardan örnək götürə bilərdik.”O vaxt SSRİ əsarətindən təzə azad olmuş Azərbaycan Respublikası əhalisi Qarabağ müharibəsi ilə böyük bəlaya düşdülər. Heydər Əliyev Minsk qrupunun potensiallarından istifadə etməklə ölkəni acınacaqlı müharibə şəraitindən daha sabit bir vəziyyətə istiqamətləndirməyə səy edirdi. Amma Minsk qrupunun rəhbərləri üç xristian ölkəsindən təşkil olmuşdur və bu ölkələr həmişə ermənilərin tərəfdarlarından olmuşdur. Mən bu qrupun fəaliyyətinin uğurlu olacağına və müsəlmanların torpağını, qəlbinin bir hissəsini müsəlmanlara qaytara biləcəklərinə inanmıram. Ona görə də daha artıq işlər görmək lazımdır.”Qarabağın iranlı döyüşçüsü çıxışının sonunda xatırladıb ki, bütün müsəlman ölkələrində olduğu kimi Azərbaycan Respublikasında islami oyanış damarları çiçəklənməkdədir və bu oyanış Qarabağın azad olacağı barədə ümidləri dirçəldib. Ərbəin səfərində gördüm ki, Azərbaycan Respublikası müsəlmanlarında milli vətənpərvərlik ruhu güclüdür və onlar bu ölkənin bayrağı ilə ziyarət mərasimi və yürüşlərində iştirak edirlər.


Açar sözlər : 

Yazılıb da (də)   2019 yan 12  Saat  13   Göndərən   مدير سايت Aran News
PDF Çap Dostlarına göndər Qayıt
Sizin rəyləriniz :
Ad :
Soyad :
  E-mail :
 
Bu material barədə öz rəyinizi bildirin