Yəmən ordusu və inqilabi xalq komitələri qüvvələrinin Səudiyyə rejiminin və tərəfdaşlarının Lahicdəki bazalarına qarşı PUA-larla etdiyi hücumlarda 150-dən artıq Səudiyyə rejiminin muzdlusunun öldüyü və yaralandığı bildirilib.Əl-Məsirə
Arannews-Əl-Məşhəd Əl-Yəməni bazasına qarşı keçirilən əməliyyatlar vaxtı Yəmənin istefa verən sabiq baş qərargah rəisi Abdullah Əl-Nəcəfinin yaralandığı və Səudiyyə rejiminin koalisiyasına sadiq bir neçə yüksək vəzifəli şəxslərin də öldüyü bildirilib. Xəbərə görə, Yəmənin istefa verən sabiq baş qərargah rəisinin müavini Saleh Əl-Zəndani və Yəmən Xüsusi Xidmət Orqanının sədri Məhəmməd Saleh və Yəmənin istefa vermiş hökumətinin komandirlərindən Sabit Cəvasın da bu hücumlar vaxtı yaralandığı qeyd olunub. Xəbərdə, həmçinin bu əməliyyatın Əl-Ənad bazasındakı təcavüzkar qüvvələrə qarşı dəqiq araşdırmalar və hesablamalar nəticəsində keçirildiyi və hücumlar nəticəsində onlarla təcavüzkarın öldüyü və yaralandığı vurğulanıb.