Avropa İnsan Haqları Məhkəməsi bir azəri jurnalistin işinə baxılmasında yol verdiyi səhlənkarlığa görə, Azərbaycan Respublikası hökumətini on yeddi min avro cərimə ödəməyə məhkum edibdir.
Arannews-Aran Nyus-un məlumatına görə, Xədicə İsmayılova Azərbaycan Respublikası hökumətini onun xüsusi hüdudlarının qorunmasında səhlankarlığa yol verməkdə və şəxsi foto-şəkillərinin ifşa edilməsində əli olmaqda ittiham edibdir.Xədicə İsmayılova 2012-ci ilə Bakıda Azərbaycan Respublikası prezidenti İlham Əliyevin ailə üzvlərinin iqtisadi fəaliyyətləri barədə təhqiqatla məşğul olarkən ona bir məktub gəldi. Bu məktubda o, şəxsi foto-şəkillərinin ifşa ediləcəyi ilə hədələndi.Xədicə İsmayılova 2014-cü ildə Azərbaycan Respublikası hökumətindən Avropa İnsan Haqları Məhkəməsinə şikayət etdi.