Tarix : 2019 Jan 14
Kod 57439

Muxtar Sədrməhəmmədi: Qarabağ müharibəsində Azərbaycana verdiyimiz dəstəyi azadcasına danışmağı arzu edirik

Təbriz Məqbərətüş-şüəra kompleksinin müdiri Muxtar Sədrməhəmmədi deyib: “Biz arzu edirik ki, İranın regionda məzlum xalqlara dəstəyindən danışdığımız kimi Azərbaycan Respublikasına dəstəyindən də asanlıqla danışa bilək.”

AranNews – Təbrizdə “Qarabağ münaqişəsində regional və beynəlxalq oyunçuların rolu və münaqişənin həllində İranın potensialları” mövzusunda keçirilən konfransda çıxış edən Muxtar Sədrməhəmmədi deyib: “Biz Qarabağ mövzusunda çoxlu işlər görmüşük və Qarabağ müharibəsində Azərbaycan Respublikasındakı qardaşlarımıza çoxlu dəstəklər vermişik. Təəssüflər olsun ki, onların bəziləri bu dəstəklərin qarşısında bizim ermənilərin tərəfdarı olduğumuzu güman etdi. Amma Türkiyə Bakı səmasında bir təyyarə manevri ilə Azərbaycan Respublikasının hamisi adlandı. Sonda dəstəklərimizi açıqlamaqda da bu sahənin uduzan tərəfi olmuşuq.Biz arzu edirik ki, İranın regionda məzlum xalqlara dəstəyindən danışdığımız kimi Azərbaycan Respublikasına dəstəyindən də asanlıqla danışa bilək. Çünki bəzi dairələr göstərilən dəstəkləri danışmağa və həqiqətləri açıqlmağa icazə vermirlər. Bəs münasibət necə yaranmalıdır? Bizim əsas zəif nöqtəmiz də mədəni sahədə zəif əməl etməyimizdir. Ümidvaram ki, mədəni sahədə fəal olmaqla öz zəifliklərimizi aradan qaldıra bilək.”


  • Yazılıb
  • da (də) 2019 Jan 14
  • Göndərən مدير سايت Aran News