Tarix : 2019 Jan 15
Kod 57443

BŞİH Milli Şuranın mitinqinə icazə verdi

Yanvarın 19-da Milli Şuranın mitinq keçirmək istəyinə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) müsbət cavab verib.
Arannews-Musavat.com xəbər verir ki, Şəhər İcra Hakimiyyəti Milli Şuranın mitinqlə bağlı müraciətinə baxıb və göstərilən tarixdə saat 15:00-dan 17:00-dək aksiyanın keçirilməsinə rəsmi icazə verib. Mitinq həmişəki kimi Yasamal rayon ərazisindəki "Məhsul" stadionunda keçiriləcək. Xatırladaq ki, bundan öncə Qarabağ Komitəsi və Müsavat Partiyası da mitinq üçün BŞİH-ə müraciət etmişdişdi. Lakin hər iki təşkilata yox cavabı verilmişdi. Bunun fonunda Milli Şuranın mitinqinə icazə verilməsi xeyli maraq doğurur.

  • Yazılıb
  • da (də) 2019 Jan 15
  • Göndərən مدير سايت Aran News