Tarix : 2019 Jan 15
Kod 57444

'Tale Bağırzadə dedi ki, Abbas Hüseynovu al qanın içində apardılar'

Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilmiş Abbas Hüseynovun saxlandığı Qobustan həbsxanasında yanvarın 13-də döyülüb işgəncələrə məruz qaldığı, daha sonra naməlum istiqamətə aparıldığı bildirilir. Bu haqda Meydan TV-yə A.Hüseynovun anası Rəhimə Hüseynova məlumat verib.
Arannews-Anasının dediyinə görə, onlar da məsələdən Qobustan həbsxanasından saxlanan “Müsəlman Birliyi” Hərəkatının sədri Tale Bağırzadə vasitəsilə xəbər tutublar.Yanvarın 14-də T.Bağırzadə ailə üzvlərilə telefonla danışarkən onları A.Hüseynovun döyülməsi barədə məlumatlandırıb. Bildirib ki, bir gün öncə - yanvarın 13-də Abbasın necə döyüldüyünü, qan içində sürüyə-sürüyə aparıldığını özü görüb.R.Hüseynova bildirib ki, yanvarın 14-də oğlu da evlərinə zəng etməli imiş, lakin zəng gəlməyib:“Bu gün onun telefon günüydü, zəng eləməməsi də sübut edir ki, onun başında bir iş var”.A.Hüseynovun anası bir neçə gün öncə siyasi məhbusların hüquqlarının pozulmasıyla bağlı tədbirdə çıxış edərək, oğluna və başqa məhkumlara qarşı işgəncələrdən danışmışdı. Bildirmişdi ki, həbsxanada başqa bir Nardaran məhbusu Cabbar Cabbarovu döyəndə Abbas özünü irəli verib: “Deyib ki, Cabbarın ciyəri xəstədir, partlayar, onu buraxın, məni döyün...”R.Hüseynova həmin tədbirdən cəmi üç gün sonra oğlunun həbsxanada işgəncəyə məruz qalmasını təsadüfi saymır:“Mənim çıxışımın intiqamını övladımdan alırlar”.T.Bağırzadənin yaxınları da ilahiyyatçının yanvarın 14-də evə zəng edərək, Abbasla bağlı həyəcanlı xəbəri çatdırdığını Meydan TV-yə təsdiqləyiblər:“Əsas elə Abbas haqda danışdı. Dedi ki, elə bil Nardaran əməliyyatını yenidən törədirdilər. Abbası al qanın içində apardılar. Özü barədə ancaq onu dedi ki, həbsxanada başqa bir məhbusu yandırdığına görə əlavə 6 il cəza almış bir məhkumu gətirib onun kamerasına salıblar. Özünü də hədələyiblər ki, bir daha bəyanat, açıqlama verə bilməyəcəksən. O gün vəkililə görüşə aparıb-gətirəndə əllərini qanlı qandalla bağlayıblar. O qədər də möhkəm sıxıblar ki, qandalın yeri sanki qanqrena olub”.Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Azadlıq Radiosuna açıqlamasında Qobustan həbsxanasında Nardaran məhbuslarının döyülməsi, təzyiqlərə məruz qalması barədə məlumatları təkzib edib: “Bu şəxslər vaxtaşırı bəyanatlar verib gündəmdə qalmaq istəyirlər”.T.Bağırzadə və A.Hüseynov 2015-ci il noyabrın 26-da Nardaranda 6 nəfərin ölümü ilə nəticələnmiş polis əməliyyatı nəticəsində həbs olunub. Onlara qarşı qəsdən adam öldürmə, terrora çağırış, dövlət çevrilişinə cəhd də daxil olmaqla, 20-dən çox ağır maddə ilə ittiham irəli sürülüb. Hər ikisi 20 il azadlıqdan məhrum edilib.T.Bağırzadə və A.Hüseynov özünü təqsirli bilmir, ittihamların yalan olduğunu, polislərin evdə namaz qıldıqları vaxt insanlara silahlı hücum edib, altı nəfəri qətlə yetirdiyini bildirir.

  • Yazılıb
  • da (də) 2019 Jan 15
  • Göndərən مدير سايت Aran News