Tarix : 2019 Jan 15
Kod 57448

Novxanıda Məhəmməd Əmin Rəsulzadənin barelyefi oğurlandı - Foto

Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı evin qarşısındakı barelyefi oğurlanı
Arannews-Hadisə yanvarın 15-nə keçən gecə baş verib. Qonşular Modern.az-a bildiriblər ki, səhər açılanda üzərində Rəsulzadənin şəkli olan mis lövhənin – barelyefin yerində olmadığını görüblər.Qeyd edək ki, Məhəmməd Əmin Rəsulzadənin vaxtilə yaşadığı həmin ev uzun müddətdir  uşaq bağçası kimi fəaliyyət göstərir. Oğurlanmış mis barelyefin həmin yerə 1992-1993-cü illərdə vurulduğu bildirilir.Xatırladaq ki, ötən illərdə bəzi tanınmış simalar dəfələrlə müvafiq qurumlar qarşısında Rəsulzadənin doğulub, boya-başa çatdığı həmin evin muzeyə çevrilməsi təşəbbüsü ilə çıxış ediblər.Modern.az barelyeflə bağlı hazırkı vəziyyəti əks etdirən fotonu təqdim edir

0

  • Yazılıb
  • da (də) 2019 Jan 15
  • Göndərən مدير سايت Aran News