Tarix : 2019 Jan 16
Kod 57456

İsrail fələstinli uşaqları 3 ildə 16 milyon dollar cərimələyib

İsrail hərbi məhkəmələri işğal altındakı İordan çayının qərb sahilində yaşayan fələstinliləri son 3 ildə 16 milyon dollardan çox cərimələyib.

Arannews--un məlumatına görə, bu barədə Haaretz qəzeti 2015-2018-ci illərdə verilən pul cəzaları ilə bağlı yaydığı hesabatdan məlum olub. Bildirilir ki, cərimələnən fələstinlilər əsasən cana və mala zərər verməyənlərdir.Həmçinin hesabatda İsrail hərbçilərinə daş atdıqları iddiası ilə saxlanılan fələstinli uşaqların  bəzilərinin  həbs olunduğu, bəzilərinin isə külli miqdarda cərimələndiyi bildirilir.Sənəddə daş atdığına görə hərbi məhkəmədə ittiham olunan 13 yaşlı Xalid Baharın işinə də yer verilib. Onun atdığı daşın  heç kəsi yaralamadığı və hər hansı bir zərərə yol açmadığına baxmayaraq, məhkəmə ona 6 ay 1 gün həbs cəzasına məhkum edib, əlavə olaraq  540 dollar cərimələyib.Hesabatda bəzi uşaqların isə cərimə ödəmə imkanı olmadığından əlavə həbsdə qaldıqları vurğulanıb. Məsələn, kimlik bigiləri verilməyən 12 yaşlı fələstinli uşağı məhkəmə 1350 dollar cərimələyib. Ailəsi bu pulu ödəyə bilmədiyi üçün uşaq 31 gün müddətinə azadlıqdan məhrum edilib, həmçinin 130 dollar cərimələnib.Qeyd edək ki, İsrail uşaqları hərbi məhkəməyə çıxaran tək ölkədir.Fələstin rəsmi mənbələrinə görə, israil həbsxanalarında 270 fələstinli uşaq azadlıqdan məhrum olub. 

  • Yazılıb
  • da (də) 2019 Jan 16
  • Göndərən مدير سايت Aran News