Tarix : 2019 Jan 17
Kod 57458

Hizbullah: “İsrail rejiminin başladacağı istənilən müharibəyə hazırıq”

Hizbullahın İsrail rejiminin hərəkətlərini yaxından təqib etdiyini qeyd edən Livan rəsmisi, sözlərini belə davam etdirib: “Hizbullah maddi-texniki və hərbi baxımdan İsrail rejimi tərəfindən baş verəcək istənilən bir hücumla üzləşməyə hazırdır. İsrail rejiminin başlatdığı “Şimal qalxanı” əməliyyatı ilə “Mavi Kəmər” bölgəsində sementli bir divar inşa etməsi bu müharibənin əsasını qoyur”.

Arannews-Əhli Beyt (əleyhimus-səlam) - ABNA – Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, Livanın yüksək səlahiyyətli rəsmilərindən biri İsrail rejiminin yaz aylarında Livana qarşı başladacağı mümkün bir əməliyyata Hizbullahın tam hazırlıqlı vəziyyətdə olduğunu bildirib.Al-Liwaa qəzetinin xəbərinə görə, adı açıqlanmayan Livan rəsmisi belə qeyd edib: “Təl-Əviv rəhbərliyi İsrail rejiminin ordusunun Livan sərhədlərində “Şimali Qalxanı” adı ilə başlatdığı əməliyyatın başa çatmasından sonra, qarşıdakı yaz aylarında ölkəmizə qarşı yeni əməliyyat keçirməyə hazırlaşır”.

Hizbullahın İsrail rejiminin hərəkətlərini yaxından təqib etdiyini qeyd edən Livan rəsmisi, sözlərini belə davam etdirib: “Hizbullah maddi-texniki və hərbi baxımdan İsrail rejimi tərəfindən baş verəcək istənilən bir hücumla üzləşməyə hazırdır. İsrail rejiminin başlatdığı “Şimal qalxanı” əməliyyatı ilə “Mavi Kəmər” bölgəsində sementli bir divar inşa etməsi bu müharibənin əsasını qoyur”.


  • Yazılıb
  • da (də) 2019 Jan 17
  • Göndərən مدير سايت Aran News