Tarix : 2008 Jul 09
Kod 5746

BAKI-QUBA YOLU BAĞLANA BİLƏR

yolun üzərində yerləşən Vəlvələçayda suyun səviyyəsi artıb və daşqın təhlükəsi yaranıb
Azerbaijan Servisi/Aran Agentliyi
Bakı-Quba yolu bağlana bilər. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, yolun üzərində yerləşən Vəlvələçayda suyun səviyyəsi artıb və daşqın təhlükəsi yaranıb. Daşqın baş versə, çayın üzərindəki körpü uça bilər. Daşqının qarşısını almaq məqsədilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerində xüsusi texnikadan istifadə edir və çayın yatağının genişləndirilməsi məqsədi ilə işlər aparır.

Qeyd edək ki, artıq sel suları Quba-Qonaqkənd-Xaldan yolunun bir hissəsini yuyub. Bunun üçündə 20 kəndlə əlaqə kəsilib. Rayonda 40-a yaxın elektrik dirəyi aşıb. Hazırda dəyən ziyanını nəticələrinin aradan qaldırılması üçün tədbirlər görülür.
 
  • Yazılıb
  • da (də) 2008 Jul 09