Tarix : 2019 Jan 17
Kod 57464

İranın sərhəd komandanı: Sərhədçilər sərhədlərdəki sabitlik və təhlükəsizliyin başlıca amilidirlər

İran İslam Respublikasının sərhəd komandanı iranlı sərhədçilərin varlığını sərhədlərdəki sabitlik və təhlükəsizliyin başlıca amili adlandırıb.

Arannews-İRİB-nin verdiyi məlumata görə, general-mayor Qasım Rzayi çərşənbə axşamı Qərbi Azərbaycan vilayətinin mərkəzi olan Urmiyə şəhərində sərhəd sakinlərini İran sərhədlərinin həqiqi sərhədçiləri adlandırıb və deyib: Qərbi Azərbaycan Azərbaycan Respublikası, İraq və Türkiyə ilə sərhədlərə malik olmasına baxmayaraq, yüksək təhlükəsizliyə malikdir. İranın sərhəd komandanı ötən ildə Türkiyənin sərhəd komandanları ilə 3 görüşün keçirilməsinə işarə edərək, deyib: Bu iclaslar Türkiyə və İran sərhədçiləri arasındakı ahəngdarlığı artırıb

  • Yazılıb
  • da (də) 2019 Jan 17
  • Göndərən مدير سايت Aran News