Tarix : 2008 Jul 09
Kod 5747

İSRAİL MƏTBUATI: İSRAİLİN İRANA HÜCUMU SİONİST REJİMİN SONU DEMƏKDİR

İsrailin son döyüşlərdəki müvəffəqiyyətsizlikləri göstərir ki İrana ediləcək bir hücumun necə nəticələr doğuracaq
Iran Servisi/Aran Agentliyi
İsraildə nəşr olunan Maariv qəzeti, İrana ediləcək bir hücumun İsrailin çökməsinə səbəb olacağını bildirib.

İran radiosunun İsraildə nəşr olunan Maarif qəzeti, İrana ediləcək hücumun nəticələrini analiz edən bir məqaləyə yer verərək "İsrailin son döyüşlərdəki müvəffəqiyyətsizlikləri göstərir ki İrana ediləcək bir hücumun necə nəticələr doğuracaq. Bu vəziyyətdə İsrail, çöküşlə nəticələnəcək bir döyüş yerinə Nüvəyə malik İranı qəbul etməyi seçəcək" deyə yazıb.

İsrailin zəfərlə nəticələnən əsgəri hücumunun 40 il əvvəl də qaldığını ifadə edən Maariv qəzeti: "O zamandan bu günə qədər başlatdığımız bütün döyüşlərdə müvəffəqiyyətsiz olduq, istədiyimiz heç bir hədəfə çata bilmədik, döyüşlərdən davamlı zərər görərək ayrıldıq və bunun səbəblərini araşdıran komissiyalar qurduq" ifadələrinə yer verib.

2006-cı ildə Hizbullahla edilən döyüşə də toxunan Maariv qəzeti, "İki il əvvəl bütün gücümüzlə kiçik bir təşkilata qarşı döyüş başlatdıq. İndi bu səhvi təkrar etmək istəyirik. İrana döyüş açacaq olsaq heç şübhəsiz onlar bizi alqışlamayacaq və bütün güclərilə bizə qarşı dayanacaq. İrandan, Suriyadan, Livandan üzərimizə mərmilər yağacaq. Bu vəziyyətdə bizim bütün vətəndaşlarımızı qoruya biləcəyimiz böyüklükdə bir sığınacağımız vardırmı?" cümlələrini önə çəkib.
 
 
  • Yazılıb
  • da (də) 2008 Jul 09