Tarix : 2019 Jan 19
Kod 57473

“Bu oyun ABŞ-ın əli ilə sonlanmayacaq” – İranlı deputat

ABŞ-ın başlatdığı bu siyasi oyun heç də onun arzuladığı kimi bitməyəcək...

Arannews-“İslaminSesi” Tasnim-ə istinadən xəbər verir ki, bu sözləri İran Marlamentinin Sədri Əli Laricaninin köməkçisi Hüseyn Əmir Əbdullahiyan deyib.O bu sözləri öz “Twitter” səhifəsində yazıb və PressTv-nin əməkdaşının həbsini ABŞ-ın siyasi oyunu adlandırıb: “Amerika, Mərziyyə Haşimini həbs etməklə siyasi bir oyuna start verib. Əgər PresTv-nin əməkdaşı dərhal azad edilməzsə, başlanılan bu oyun ABŞ-ın əli ilə sonlanmayacaq”Xatırladaq ki, PressTv-nin xanım əməkdaşı Amerikaya ailəsini görmək üçün gedib. Lakin Amerika polisi heç bir əsaslı dəlil gətirmədən müxbiri həbs edib. Xanım müxbir artıq 3 gündür ki, ABŞ-da həbsdə saxlanılır.

  • Yazılıb
  • da (də) 2019 Jan 19
  • Göndərən مدير سايت Aran News