Tarix : 2019 Jan 19
Kod 57476

Müsəlman krallıqdan Fələstinə dəstək: İsrailə qadağa

Malayziyada İsrail rejimi ilə bağlı qərar qəbul edilib.

Arannews-“The Associated Press”-ə istinadən verdiyi xəbərə əsasən, artıq İsraildən olan idmançılara Malayziya ərazisində keçirlən tədbirlərdə iştirak qadağan edilir.Bu qərar haqda Malayziyanın xarici işlər naziri Abdulla Seyfəddin açıqlama verib.Onun sözlərinə görə, bu qərar Nazirlər Kabineti tərəfindən qəbul edilib və “dövlətin İsrail məsələsi ilə bağlı mövqeyini əks etdirir”.Bildirilir ki, ilk öncə qadağa cari ilin iyul ayında baş tutacaq üzgüçülük çempionatı iştirakçıları üçün nəzərdə tutulmuşdu.Qeyd edək ki, İsrail və Malayziya arasındakı gərginliyə səbəb Fələstin məsələsidir.

  • Yazılıb
  • da (də) 2019 Jan 19
  • Göndərən مدير سايت Aran News