Tarix : 2019 Jan 20
Kod 57484

Yəmən Səudiyyə Ərəbistanının cənubuna raket yağdırıb

Yəmən ordusu və "Ənsarullah" hərəkatı dünən son 24 saat ərzində Səudiyyə Ərəbistanının cənubundakı milis qüvvələrinin bazalarına raket yağdırıb.

Arannews-İslamazeri.com xəbər verir ki,Ordu və Husilər son 24 saatda "Zilzal-1" tipi 6 ədəd balistik raket ilə Səudiyyə Ərəbistanının cənubunda Nəcran və Cazanda olan milis terrorçuların mövqelərini vurub.Yəmən ordusu və "Ənsarullah" hərəkatına aid raket birliyi cümə axşamı günü Nəcranda Səud ittifaqına aid milis qüvvələrinin toplaşdığı nöqtələrə eynivaxtlı 4 "Zilzal-1" raketi atıb.Sözügedən raket birliyi cümə axşamı günü gecə saatlarında Akifə hərbi bölgəsinə bir raket atıb və cümə günü də Cazanın şərqində milislərin bazasını yenə "Zilzal-1" raketi ilə vurub.Yəmən ordusu və "Ənsarullah" hərəkatı bu əməliyyatları Səud ittifaqının cinayətlərinə cavab olaraq reallaşdırır.

  • Yazılıb
  • da (də) 2019 Jan 20
  • Göndərən مدير سايت Aran News