Tarix : 2019 Jan 20
Kod 57485

İmamlar (ə) anasının şəhadəti münasibəti ilə baş sağlığı

İmamlar (ə) anasının şəhadəti münasibəti ilə baş sağlığı

Arannews-Ahlibeyt.ge xəbər verir ki, artıq əziz Peyğəmbərimizin (s) yeganə yadigarı, qəlbinin reyhanəsi, ismətli xanımların ülgüsü, məsum İmamlar (ə) anası, möminlər sərvəri Həzrət Əlinin (ə) zövcəsi, cavan ikən ömrünü İslam dininə fəda edən Rəsuləllah (s) qızı, bütün bəşəriyyətə ülgü olan müsəlmanların anası, iki dünya xanımlar xanımı, həzrət Xanım Fatimeyi Zəhranın (s) şəhid olması günləri başladı.O xanımın şəhadəti münasibət ilə "Gürcüstan Əhli-Beyt (ə) cəmiyyəti", həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən "Əhli-Beyt (ə) Aşiqləri Forumu" və “Zeynəb (s.ə) Qadınlar birliyi", başda İmam Zaman (ə.f) olmaqla əziz Əhli-beyt (ə) sevər mömin və möminələrə baş sağlığı verir, Allahdan bu müsibətli günlərin ehtiramına xatir o həzrətə layiq davamçı olmağımızı arzulayırıq. Allah bizi Peyğəmbərin (s) pak ailəsinə layiqli davamçılardan qərar versin. Amin ya Rəbbil aləmin!Xatırladaq ki, bu il Fatimiyyə (s.ə) günləri 20 yanvar - 09 fevral tarixinə təsadüf edir./


  • Yazılıb
  • da (də) 2019 Jan 20
  • Göndərən مدير سايت Aran News