Sel suları Qubanın Xınalıq kəndinə aparan yolda istifadəyə yenicə verilmiş körpünün dirəklərini və yolun bir hissəsini yuyub
Azerbaijan Servisi/Aran Agentliyi
Quba, Qusar, Xaçmazda çox sayda elektrik və rabitə dirəkləri aşıb.
Son bir neçə gündə ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti şimal bölgəsinə xeyli ziyan vurub. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, intensiv yağan yağışlar nəticəsində Qubada bir sıra kəndələri birləşdirən körpülər dağılıb. Sel suları Qubanın Xınalıq kəndinə aparan yolda istifadəyə yenicə verilmiş körpünün dirəklərini və yolun bir hissəsini yuyub. Bu barədə məlumatı Quba rayon icra başsçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Yusif Abidov verib. Bundan əlavə rayonlarda çoxlu sayda elektrik, rabitə dirəkləri aşıb. Alxanlı kəndində iki transformator yanıb.
Qusarın Yuxarı Ləgər kəndində əhalini içməli su ilə təmin edən kəməri sel suları aparıb. Analoji hadisələr Xaçmaz raoynunda da baş verib. Burada həmçinin taxıl sahələri yararsıx hala düşüb. Qeyd edək ki, hazırda rayon Fövqəladə Hallar Komissiyaları dəyən ziyanların hesablanması və əraziyə texnika göndərməklə məşğuldur.