Realliq.info” saytının həbsdə olan redaktoru İkram Rəhimov yanvarın 21-dən müddətsiz aclıq aksiyasına başlayıb.
Arannews-Bu barədə Meydan TV-yə danışan jurnalistin yaxınları bildirib ki, İkram Rəhimov aclıq aksiyasına ona qarşı sürülən ittihamlara etiraz əlaməti olaraq başlayıb:"İkram Rəhimov Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərliyinə də bu haqda məlumat verib”.İ.Rəhimov 2018-ci il oktyabrın 26-da DTX əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin CM-in 182.2.1 və 182.2.2-ci (əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən şantaj) maddələrində nəzərdə tutulmuş cinayətlərin törədilməsində şübhəli şəxs kimi saxlanılıb. İ.Rəhimov ittihamları rədd edir.